Logo

Cəbrayıla icazəsiz getmək istəyən şəxslər saxlanıldı

Cəbrayıla icazəsiz getmək istəyən şəxslər saxlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Cəbrayıl rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş əraziyə keçməyə cəhd göstərən şəxslər müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış postdan polis əməkdaşlarının qanuni tələbini pozaraq idarəsində olduğu "Mersedes” markalı avtomobillə keçməyə cəhd göstərən Əfsər Məhərrəmov və sərnişini Mahir Həmidov saxlanılıb.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR