Logo

Naftalan sakinlərində narkotik aşkarlandı

Naftalan sakinlərində narkotik aşkarlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Naftalan şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən şəhər sakinləri, Pərviz Ruzicəngi və Rəfail Əliyev şəhər ərazisində saxlanılaraq, ŞPŞ-yə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a verilən məlumata görə, onların üzərində şəxsi axtarış keçirilən zaman P. Ruzicənginin cibindən 1 ədəd kağız bükümdə 0.284 qram, R. Əliyevin cibindən isə 1 ədəd kağız bükümdə 0.401 qram narkotik vasitə olan "heroin” aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR