Logo

Bakıda avtomobillə vurulan qadının qabırğaları sındı

Bakıda avtomobillə vurulan qadının qabırğaları sındı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü Əliyeva Elmira Mahmud qızını 3-cü mikrorayon dairəsində yolun piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçərkən avtomobil vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qabırğaların sınığı və başın əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. (Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR