Bakıda qumarxanalar aşkarlandı - VİDEO

Bakıda qumarxanalar aşkarlandı - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində qanunsuz olaraq fəaliyyət göstərən qumarxanalar aşkar edilib.

Bu barədə Sfera.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Əməliyyat tədbirlərindən biri paytaxtın Xətai rayonu ərazisində baş tutub.

Belə ki, Baş İdarəyə vətəndaş Rəşad Rzayevin yaşadığı evdə kartla qumar oyunlarını təşkil etdiyi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qeyd edilən mənzil nəzarətə götürülüb və toplanan materiallar əsasında orada qumar oyunlarının təşkil edildiyi sübuta yetirilib. Əməliyyat nəticəsində təşkilatçı ev sahibi Rəşad Rzayev, həmçinin orada qumar oynayan daha 5 nəfər polis əməkdaşları tərəfindən saxlanılıblar. Evə baxış zamanı kartlar, qumar oyunlarına qoyulan külli miqdarda milli və xarici valyuta, eləcə də, iş üçün maraq kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

Baş İdarə əməkdaşlarının paytaxtın Suraxanı rayonunda həyata keçirdikləri digər bir əməliyyat zamanı isə Qaraçuxur qəsəbəsində restoranlardan birində gizli şəkildə qumar oyunlarının təşkil edildiyi məlum olub. Əməliyyat nəticəsində obyektin sahibi Elmar Hüseynovun işçiləri Anar Həsənov və Tural Həsənzadə ilə birlikdə həmin məkanda qumar oyunları təşkil etdikləri müəyyən edilib. Obyektə baxış zamanı kartlar, qumar oyunlarına qoyulan külli miqdarda pul vəsaiti və digər maddi sübutlar aşkar edilərək götürülüb. Adları sadalanan şəxslərlə bərabər orada qumar oynayan daha 9 nəfər saxlanılaraq Baş İdarəyə gətiriliblər.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, qumar oyunlarını təşkil edən şəxslər barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs və digər növdən olan qətimkan tədbirləri seçilib, istintaq tədbirləri davam etdirilir.
 


OXŞAR XƏBƏRLƏR

Aysunun yeni sevgilisi? – Hər kəsin danışdığı görüntülərin sirri açıldı - VİDEO

Müğənni Aysun İsmayılova gündəmə səs salan paylaşımı ilə bağlı açıqlama verib.   Sfera.az xəbər verir ki, ifaçı sosial media hesabında paylaşım edərə...

DNT ilə həqiqət üzə çıxdı: İngiltərəyə səhv meyitlər göndərilib

Hindistanın Əhmədabad şəhərində 12 iyun tarixində baş verən dəhşətli təyyarə qəzasından sonra İngiltərəyə yanlış meyitlərin göndərildiyi məlum olub. Qəza nəticə...

4 yaşlı uşaq yüksək hərarət nəticəsində vəfat etdi

Abşeron rayonu Xırdalan şəhərində azyaşlı vəfat edib.   Sfera.az “Qafqazinfo”a istinadən xəbər verir ki, iyulun 22-si saat 01 radələrində...

Azərbaycan Ordusunun zabiti vəfat etdi

Azərbaycan Ordusunun zabiti vəfat edib.   Sfera.az xəbər verir ki, hadisə Kəlbəcər rayonunda yerləşən “N" saylı hərbi hissələrinin birində...

İlham Əliyev Əbdülfəttah əs-Sisini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib.   Sfera.az xəbər verir ki, tə...

İcra hakimiyyətlərində islahatlar başlayır - Bır sıra qurumlar LƏĞV EDİLƏCƏK

Yerli icra hakimiyyətlərində struktur islahatları gözlənilir.   Sfera.az Modern.az-a istinadən xəbər verir ki, islahatlar çərçivəsində illərlə mövcud...