Qardaşı minaya düşən şəxs işğaldan azad edilmiş əraziyə keçməyə cəhd edərkən tutuldu

Qardaşı minaya düşən şəxs işğaldan azad edilmiş əraziyə keçməyə cəhd edərkən tutuldu
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxs müəyyən edilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonunun işğaldan azad olunmuş Talış kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən Tərtər rayon sakini İsmayıl Mahmudov saxlanılıb.

İ.Mahmudov müxtəlif vaxtlarda dəfələrlə işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd göstərib, polis əməkdaşları tərəfindən onun bu cəhdlərinin qarşısı alınıb.

Qeyd edək ki, İ.Mahmudovun qardaşı Bəxtiyar Mahmudov bir müddət əvvəl Talış kəndində minaya düşərək həlak olub.  

Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib, məhkəmənin qərarı ilə 15 sutka inzibati qaydada həbs edilib.

OXŞAR XƏBƏRLƏR

Baş nazir istefa xəbərlərini təkzib etdi

Yaponiyanın baş naziri Şiqeru İşiba bir sıra yapon KİV-lərində onun rəhbərlik etdiyi Liberal Demokrat Partiyasının (LDP) yuxarı palata seçkilərində qalib gələ b...

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti göstərən sürücülərə müraciət edib. Bu barədə Sfera.az-a İdarədən məlumat verilib. Müraciətdə bildir...

Elnur Rüstəmov yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO

Saatlı rayonu prokuroru Adil Vəliyev vəzifəsindən azad olunub.   Sfera.az “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə baş...

DYP yük avtomobillərinin sürücülərinə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsinin yükdaşıma fəaliyyəti göstərən sürücülərə müraciət edib.   Bu barədə Sfera.az-a İdarədən məlumat verilib.   ...

Qaradağda qəza olub, xəsarət alan var - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın a...

Aysunun yeni sevgilisi? – Hər kəsin danışdığı görüntülərin sirri açıldı - VİDEO

Müğənni Aysun İsmayılova gündəmə səs salan paylaşımı ilə bağlı açıqlama verib.   Sfera.az xəbər verir ki, ifaçı sosial media hesabında paylaşım edərə...