Qarşısına çıxan avtomobilləri əzib keçir... Sürücü qəzaları bilərəkdən törədib? - VİDEO

Qarşısına çıxan avtomobilləri əzib keçir... Sürücü qəzaları bilərəkdən törədib? - VİDEO
Görüntülər qəza törədən sürücü Kənan Davud tərəfindən sosial şəbəkələrdə paylaşılıb. Həmin sürücü idarə etdiyi "offroad" avtomobilinə video qeydiyyat cihazı quraşdırıb. O, paytaxt ərazisində yol hərəkəti qaydalarını pozaraq qarşısına çıxan avtomobillərə yol verməyərək sanki bilərəkdən onları əzir. Daha doğrusu sosial şəbəkələrdə paylaşdığı videolardan belə görünür.

Sfera.az bildirir ki, sürücü Kənan Davudun bu paylaşımından sonra Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məsələni nəzarətə götürərək onu idarəyə dəvət ediblər.

Sürücünün dediyinə görə, həmin "offroad" avtomobilini 1 ildən çoxdur ki, satıb. Qəzalar isə 4-il əvvəl olub və həmin hadisələri bilərəkdən etməyib.

Kənan Davud iddia edir ki, onun bu paylaşımı sosial şəbəkə istifadəçiləri arasında səhv başa düşülüb. Deyir ki, məqsədi mütəmadi belə qayda pozanların həmin videoları görməsi və bundan mümkün qədər yayınmalarına çağırış olub. Sürücü onu da deyir ki, baş verən qəzalardan maksimum dərəcədə yayınmağa çalışıb.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Araz Əsgərli isə deyir ki, Kənan Davudun iştirakı ilə müxtəlif vaxtlarda baş vermiş hadisələr yol polisi əməkdaşları tərəfindən araşdırılıb və bütün qəzalara hüquqi qiymət verilib.

Qeyd edək ki, araşdırma zamanı məlum olub ki, sürücü bir ilə yaxındır idarə etdiyi digər avtomobillə heç bir qəza törətməyib. Onun izahatı alındıqdan sonra sərbəst buraxılıb. /Avtosfer.az

 

OXŞAR XƏBƏRLƏR

DYP yük avtomobillərinin sürücülərinə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsinin yükdaşıma fəaliyyəti göstərən sürücülərə müraciət edib.   Bu barədə Sfera.az-a İdarədən məlumat verilib.   ...

Qaradağda qəza olub, xəsarət alan var - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın a...

Aysunun yeni sevgilisi? – Hər kəsin danışdığı görüntülərin sirri açıldı - VİDEO

Müğənni Aysun İsmayılova gündəmə səs salan paylaşımı ilə bağlı açıqlama verib.   Sfera.az xəbər verir ki, ifaçı sosial media hesabında paylaşım edərə...

DNT ilə həqiqət üzə çıxdı: İngiltərəyə səhv meyitlər göndərilib

Hindistanın Əhmədabad şəhərində 12 iyun tarixində baş verən dəhşətli təyyarə qəzasından sonra İngiltərəyə yanlış meyitlərin göndərildiyi məlum olub. Qəza nəticə...

4 yaşlı uşaq yüksək hərarət nəticəsində vəfat etdi

Abşeron rayonu Xırdalan şəhərində azyaşlı vəfat edib.   Sfera.az “Qafqazinfo”a istinadən xəbər verir ki, iyulun 22-si saat 01 radələrində...

Azərbaycan Ordusunun zabiti vəfat etdi

Azərbaycan Ordusunun zabiti vəfat edib.   Sfera.az xəbər verir ki, hadisə Kəlbəcər rayonunda yerləşən “N" saylı hərbi hissələrinin birində...