Logo

Ağdaş sakinindən narkotik vasitə götürüldü

Ağdaş sakinindən narkotik vasitə götürüldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş şəhər sakini, əvvəllər də məhkum olunmuş Əziz Əzizov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, həmin şəxsin üzərinə baxış keçirilən zaman sellofan torbada, çəkisi 900 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR