Masallıda ər iki dostu ilə birlikdə keçmiş arvadını bıçaqladı

Masallıda ər iki dostu ilə birlikdə keçmiş arvadını bıçaqladı
Masallıda bıçaqlanma hadisəsi baş verib.

Sfera.az-ın verdiyi xəbərə görə, hadisə "Viləş körpüsü” adlanan ərazidə qeydə alınıb.

Belə ki, rayonun Qəriblər kənd sakini, 1998-ci il təvəllüdlü Firuzə Natiq qızı Məmmədova keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı yaxınlarının köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin olaraq sağ döş qəfəsinin və bel nahiyəsinin iki ədəd kəsilmiş-eşilmiş yarası diaqnozu qoyulub. Yaralı cərrahi əməliyyat edilib.

Firuzə Məmmədovanın anası qızının bıçaqlanmasında digər şəxslərin də iştirak etdiyini iddia edib: "Qızım Lənkəran rayonunun Liman şəhərində ərdə idi. Həyat yoldaşından 3 ay əvvəl ayrılıb. Bir müddət əvvəl rəsmi olaraq boşandılar. Üç yaşlı qızları var.

Hadisə baş verən gün digər qızımın evində idik. Firuzənin telefonuna zəng gəldi. Keçmiş yoldaşı uşaq üçün bazarlıq etdiyini və aldıqları şeyləri vermək üçün küçəyə çağırdı. Qızım da evdən çıxdı.

Firuzənin dediyinə görə, keçmiş həyat yoldaşı iki dostunun köməyi ilə onu zorla avtomobilə mindiriblər. Viləş körpüsünün üstündə həmin iki nəfər qızımın əllərini tutublar. Keşmiş əri isə ona bir neçə bıçaq zərbəsi endirib.

O, bundan sonra qızımın telefonu ilə mənə zəng edərək dedi ki, Firuzəni bıçaqla vurmuşam, gəl apar. İnanmadım. Bir az sonra başqa telefon nömrəsindən zəng edildig. Dedilər qızınız özünü yaralı vəziyyətdə bizim həyətə çatdırıb, gəlin xəstəxanaya aparın”.

İlkin məlumata görə, hadisəni törədən şəxs polisə könüllü təslim olub.

Faktla bağlı araşdırma aparılır. (Report)


OXŞAR XƏBƏRLƏR

Narkotikin təsiri altında avtomobil sürdü – Polis saxladı

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı "Mercedes-Benz" markalı nəqliyyat vasitəsinin ...

Rusiyada qəzaya uğrayan sərnişin təyyarəsindəki 49 nəfərin hamısı ölüb -YENİLƏNİB

İlkin məlumata görə, qəzaya uğrayan "An-24" təyyarəsinin bütün sərnişinləri və ekipaj üzvləri ölüb.   Sfera.az xəbər verir ki, bu barədə Ru...

Azərbaycanda bu xəstəliyə tutulanların sayı artdı – Həyəcan təbili…

Həkim, kardioloq, endokrinoloq Zaur İslamov Azərbaycanda şəkərli diabet xəstələrinin sayının artması faktı ilə bağlı müsahibə verib.    Sfera.az...

Qadını çılpaq fotoları ilə hədələyən şəxsə CƏZA VERİLDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Bağır Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə ...

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.   Sfera.az AZƏRTA...

Bütün sosial müavinətlər alanlara MÜJDƏ

İyulun 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.   Sfera.az xəbər verir ki, bu ba...