Türkiyədə Azərbaycana qanunsuz yolla dərman satmaq istəyən 46 nəfər saxlanıldı

Türkiyədə Azərbaycana qanunsuz yolla dərman satmaq istəyən 46 nəfər saxlanıldı
Türkiyədə mərkəzi Adana şəhəri olmaqla 11 bölgədə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dərman satışı həyata keçirən 46 nəfərdən ibarət mütəşəkkil şəbəkə ifşa edilib.

Sfera.az xəbər verir ki, sözügedən dəstənin qanunsuz dərman reseptləri yazaraq qazanc əldə etdiyi və dövlətə 12 milyon 523 min lirə zərər verdiyi müəyyənləşdirilib.

Adana Polisi Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsinin əməliyyat qrupları tərəfindən ifşa edilən dəstə üzvlərinin narkotik tərkibli dərmanların ticarəti ilə məşğul olduğunu, həmçinin xərçəng xəstələrinin istifadə etdikləri dərmanları alaraq Azərbaycan, Suriya, İran və İraq kimi ölkələrə satmaq istədikləri müəyyənləşdirib. Onların aralarında 2 bioloq və 9 əczaçının olduğu bildirilib.

Əməliyyat tədbirləri nəticəsində aşkarlanan 9 min 177 qutu qəbzsiz və reseptsiz dərmanların bazar dəyəri ve şübhəlilərin öz aralarında həyata keçirdiyi pul transferinin ümumi dəyərinin 12 milyon 523 min 111 lirə olduğu müəyyən edilib. /Qafqazinfo

OXŞAR XƏBƏRLƏR

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.   Sfera.az AZƏRTA...

Bütün sosial müavinətlər alanlara MÜJDƏ

İyulun 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.   Sfera.az xəbər verir ki, bu ba...

Bədən, yoxsa beyin – Hansı daha tez qocalır? - ARAŞDIRMA

Yeni bir elmi araşdırma sübut edib ki, sürətlə qocalan insanların xroniki xəstəliklərə tutulma riski digər insanlara nisbətən 18 faiz daha yüksəkdir.  ...

Füzulidəki yanğın nəzarətə götürüldü

Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəs...

Arvadına və qayınatasına vintaçanla xəsarətlər yetirdi

Neftçalada kişi arvadına və qayınatasına xəsarətlər yetirib.   Sfera.az xəbər verir ki, hadisə dünən saat 17 radələrində rayonun Xıllı qəsəbəsində ba...

Bakı metrosunda kondisioner problemi: Yayda sərnişinlər əziyyət çəkir

Yay aylarında Bakı metrosundan istifadə edən sərnişinlərdə narazılıq yaradan hallardan biri də kondisionersiz köhnə vaqonların xəttə buraxılmasıdır. Köhnə vaqon...