Bakıda 19 yaşlı oğul atasını qətlə yetirdi

Bakıda 19 yaşlı oğul atasını qətlə yetirdi
Bakıda qətl hadisəsi baş verib.

Sabunçu rayon prokurorluğundan Sfera.az-a verilən məlumatda bildirilir ki, fevralın 13-də saat 21 radələrində Sabunçu rayon ərazisində 1971-ci il təvəllüdlü Şükürov Cavanşir Şakir oğluna məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2002-ci il təvəllüdlü Cahangir Şükürlünün şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Cavanşir Şükürovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Cahangir Şükürlü şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Tehranda isti havaya görə birgünlük tətil elan olundu

İranın paytaxtı Tehranda isti hava şəraiti ilə bağlı birgünlük tətil elan olunub.   Sfera.az “IRAN Daily” qəzetinə istinadən xəbər v...

"ChatGPT"dən gələn mesajlar kişini xəstəxanalıq etdi

ABŞ-da 30 yaşlı autizm spektrində olan Jacob Irwin adlı şəxs süni intellekt aləti ChatGPT ilə uzun sürən yazışmalardan sonra reallıqdan uzaqlaşıb, özünü dahi al...

Azərbaycanda bir ailənin istirahəti neçəyə başa gəlir ? – AÇIQLAMA

Azərbaycan hazırda yay turizm mövsümünün qızğın dövrünü yaşayır. İlin bu günlərində çoxlu sayda insan boş vaxtlarından, məzuniyyət dövründən istifadə edərək ist...

Hacıqabulda TIR aşdı, taxıl yola dağıldı - VİDEO

Hacıqabulda iri yük avtomobili aşıb.   Sfera.az lent.az-a istinadla xəbər verir ki, hadisə "Qədir-Xum" restoranının qarşısında qeydə alınıb...

Sabah maqnit qasırğası gözlənilir

Günəşdəki koronal dəliklərlə əlaqədar iyulun 23 və 24 tarixlərində Yerdə zəif maqnit qasırğası gözlənilir.   Sfera.az Trend-ə istinadən xəbər verir k...

İsraillə müharibə zamanı İranda ölənlərin sayı açıqlanıb

İsraillə 12 günlük müharibə nəticəsində İranda həlak olanların sayı 1062 nəfərə çatıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran hök...