Logo

İmişli sakini borca görə əmisi oğlunu avtomobillə vurdu

İmişli sakini borca görə əmisi oğlunu avtomobillə vurdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İmişli rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə Aranlı kəndində qeydə alınıb.

1991-ci il təvəllüdlü Vəliyev İsa Nadir oğlu ilə əmisi oğlu arasında borc üstündə mübahisə yaranıb. Mübahisə sonda ağır xəsarətlə nəticələnib. İ.Vəliyevin qohumlarının dediyinə görə, əmisi oğlu idarə etdiyi "Range Rover" markalı avtomobillə bilərəkdən İ.Vəliyevi vurub. Müxtəlif xəsarətlər alan yaralı İmişi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ baldır və sol bud sümüklərinin sınıqları diaqnozları qoyulub.

İ.Vəliyevin vəziyyəti ağır olduğundan o, Bakıda yerləşən xəstəxanaların birinə göndərilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR