Azərbaycanda bələdiyyə sədrinə cinayət işi açıldı

Azərbaycanda bələdiyyə sədrinə cinayət işi açıldı
Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin sədri Qismət Qəfərovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciətlər əsasında Neftçala rayon prokurorluğunda araşdırma aparılıb.

Neftçala rayon prokurorluğundan Sfera.az-a verilən məlumata görə, araşdırmalarla Qismət Qəfərov tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş bələdiyyə əmlakı olan 7 min 650 manat məbləğində maliyyə vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Lotereya milyonçusu bütün var-dövlətini israf etdi: Yenidən zibil yığana çevrildi

Britaniyalı Maykl Kerroll lotereya uduşlarının ağılsızca xərclənməsinin simvoluna çevrilib, lakin bunun həyatının ən yaxşı dövrü olduğunu bildirir.   S...

Pilotun havaya qalxmazdan əvvəl sözləri sərnişinləri ağlatdı

Gənc qadının kapitan kimi ilk uçuşunu əks etdirən video “TikTok”da bir milyondan çox baxış toplayıb. Qadın bu uçuşu iyirmi ildən çox eyni aviaşirkət...

Ailə restorandan 100 min dollar təzminat aldı

Bir Britaniyalı ailə onları hesabı ödəmədən qaçmaqda günahlandıran restorandan 100 min dollar təzminat alacaq. Məlum olub ki, müştərilər ödənişi tam ödəyiblər, ...

Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib.    Sfera.az xəbər verir ...

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.   Sfera.az xəbər verir ki, r...

"Avroviziya"nın ikinci yarımfinal mərhələsi başladı -CANLI

"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, bu il müsabiqə İsv...