Logo

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, yanvarın 14-də törədilmiş 40 cinayətin üstü "isti izlər”lə açılmışdır.

Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunmuşdur.

- Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılmışdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR