Logo

Bakıda qadın sığınacağına hücum: Xəsarət alan var

Bakıda qadın sığınacağına hücum: Xəsarət alan var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda qadın və uşaq sığınacağına hücum olub.

Sfera.az bildirir ki, bununla bağlı "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi məlumat yayıb.

Məlumata görə, sığınacaqda qalan qadınlardan birinin ailə yaxınları birliyə hücum edib. Hadisə nəticəsində xəsarət alan var. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Bununla bağlı Oxu.Az-a DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev danışıb. O bildirib ki, sığınacaqdan daxil olan çağırış üzrə polis hadisə yerinə cəlb olunub, hazırda araşdırma aparılır.

İlkin məlumata görə, hadisə ailə-məişət zəminində baş verən verib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR