Logo

Bakı sakini avtomobilində bıçaqla hədələndi

Bakı sakini avtomobilində bıçaqla hədələndi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda quldurluq hadisəsi baş verib.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nərimanov Rayon Polis İdarəsi (RPİ) 17-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Əliyev yanvarın 4-də Z.Bünyadov prospektində idarə etdiyi "Mercedes” markalı avtomobilə sərnişin qismində oturan 2 nəfərin onu bıçaqla hədələyib 100 manatını aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri K.Qayıbov və E.Qurbanov müəyyən edilərək saxlanılıblar.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR