Nərə balığı satanlar saxlanıldı - VİDEO

Nərə balığı satanlar saxlanıldı - VİDEO
Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə paytaxt ərazisində, eləcə də Respublikanın digər bölgələrində yol kənarında, küçədə icazələri olmadan balıq satışı ilə məşğul olan şəxslərə qarşı mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirir.

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, sonuncu belə tədbir zamanı Xəzər dənizində ovlanması qəti qadağan edilən nərə cinsli balıqların satışı ilə məşğul olan iki nəfər – Rüfət Əliyev və Hacıağa Aslanov müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin şəxslərə məxsus obyektlərə baxış zamanı xeyli miqdarda nərə cinsli balıq aşkar olunaraq götürülüb. Araşdırma zamanı bu şəxslərin müvafiq icazələri olmadan nərə cinsli balıqların qeyri-qanuni satışını təşkil etdikləri məlum olub. Polis İdarəsində hər iki şəxs barəsində qanunla nəzərdə tutulan qaydada tədbir görülüb.


Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən balıqçılıqla məşğul olan şəxslərin bir daha diqqətinə çatdırılır ki, Asan Xidmət Mərkəzlərində dövlət rüsumu ödəməklə müəyyən edilən qaydalarda və ovlanması qadağan edilməyən balıq növlərini tutmaq mümkündür. Dənizdə, su hövzələrində tor qurmaq və elektrik avadanlıqlarından istifadə etməklə balıq tutmaq isə qadağan olunub.


Qeyri-qanuni balıqçılıq və ovçuluq fəaliyyəti ilə məşğul olan, qanunsuz ov alətlərindən istifadə edən şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəllələrində nəzərdə tutulan qaydada cəza, eləcə də cərimələr tətbiq edilir.

 

Həmçinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən dənizin sahil hissələrindən balıqqulağı, dəniz qumları, çay kənarlarından çınqıl daşları, həmçinin dənizin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da ciddi mübarizə tədbirləri davam etdirilir. Bununla yanaşı idarənin xidməti əraziləri olan "Qızılağac”, "Sarısu” və digər dövlət qoruqlarında baş verə biləcək neqativ halların qarşısını almaq üçün də ayıq-sayıq xidmət təşkil edilib.


Sonda vətəndaşlardan Xəzər dənizində, su hövzələrində və qoruqlarda, eləcə də milli parklarda hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş edilir.

 

 


OXŞAR XƏBƏRLƏR

Putin Kurska bu generalı rəis göndərdi

Polis general-mayoru Yevgeni Pankov Kursk vilayəti üzrə Rusiya Mühafizə İdarəsinin rəisi təyin edilib.   Sfera.az xəbər verir ki, bu barədə qube...

Vaqif Əsədov Milli Mətbuat günü münasibətilə bütün media əməkdaşlarını təbrik etdi

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin təməlini qoyduğu "Əkinçi" qəzetinin nəşrindən bu gün 150 il ötür. Bu əlamətdar və tarixi gündə bütü...

Moskvadan Gəncəyə uçmalı olan təyyarə 26 saatdan çoxdur gecikir

Rusiyanın paytaxtı Moskva şəhərindən Azərbaycanın Gəncə şəhərinə uçmalı olan təyyarə 26 saatdan çoxdur gecikir.   Sfera.az məlumatına görə, Vnuk...

AZAL təyyarəsini vuran şəxsin - FOTOSU

Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin 2024-cü ilin 25 dekabrında Qroznı səmasında vurulması ilə bağlı sensasion məlumat yayılıb. &nbs...

Gənc idmançı məşq sırasında qəzaya uğrayaraq vəfat etdi

İspaniyalı motosikletçi Pau Alsina məşq zamanı dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, 17 yaşlı idmançı şənbə günü səhər Saraqosa trasında düny...

Avtobus sürücüsü sükan arxasında pivə içib?- VİDEO

Avtobus sürücüsünün sükan arxasında spirtli içki içdiyi iddia olunur.   Sfera.az xəbər verir ki, görüntülər vətəndaşlardan biri tərəfindən çəkilib və...