Gəncədə silsilə oğurluq edən şəxs saxlanıldı - FOTOLAR

Gəncədə silsilə oğurluq edən şəxs saxlanıldı - FOTOLAR
Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin və Nizami rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq hadisələri törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş,  41 yaşlı Anar Qurbanov cari ilin aprel və dekabr aylarının müxtəlif  vaxtlarında şəhər ərazisindəki 4 fərdi yaşayış evindən, 5 müxtəlif təyinatlı mağaza və 1 köşkə qanunsuz olaraq daxil olaraq oradan ümumi dəyəri 12.469 manat olan müxtəlif növ məişət əşyaları, tütün və qida məmulatları, geyim əşyaları, xalça, mobil telefon və kompyuter avadınlaqrını oğurlayıb. A. Qurbanov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Hazırda saxlanılan şəxsin digər anoloji cinayətlərdə iştirak edib-etməməsi və törətdiyi cinayət hadisələrində digər şəxs və şəxslərlə cinayət əlaqlərinin olub-olmaması istintaq-əməliyyat tədbirləri ilə araşdırılır.

Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
 









OXŞAR XƏBƏRLƏR

Putin Kurska bu generalı rəis göndərdi

Polis general-mayoru Yevgeni Pankov Kursk vilayəti üzrə Rusiya Mühafizə İdarəsinin rəisi təyin edilib.   Sfera.az xəbər verir ki, bu barədə qube...

Vaqif Əsədov Milli Mətbuat günü münasibətilə bütün media əməkdaşlarını təbrik etdi

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin təməlini qoyduğu "Əkinçi" qəzetinin nəşrindən bu gün 150 il ötür. Bu əlamətdar və tarixi gündə bütü...

Moskvadan Gəncəyə uçmalı olan təyyarə 26 saatdan çoxdur gecikir

Rusiyanın paytaxtı Moskva şəhərindən Azərbaycanın Gəncə şəhərinə uçmalı olan təyyarə 26 saatdan çoxdur gecikir.   Sfera.az məlumatına görə, Vnuk...

AZAL təyyarəsini vuran şəxsin - FOTOSU

Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin 2024-cü ilin 25 dekabrında Qroznı səmasında vurulması ilə bağlı sensasion məlumat yayılıb. &nbs...

Gənc idmançı məşq sırasında qəzaya uğrayaraq vəfat etdi

İspaniyalı motosikletçi Pau Alsina məşq zamanı dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, 17 yaşlı idmançı şənbə günü səhər Saraqosa trasında düny...

Avtobus sürücüsü sükan arxasında pivə içib?- VİDEO

Avtobus sürücüsünün sükan arxasında spirtli içki içdiyi iddia olunur.   Sfera.az xəbər verir ki, görüntülər vətəndaşlardan biri tərəfindən çəkilib və...