Dünən 2646 nəfər karantin qaydalarını pozub

Dünən 2646 nəfər karantin qaydalarını pozub
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, sərt karantin rejimi tətbiq olunan 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, 2020-ci ilin dekabrın 16-da həmin postlardan müvafiq icazə olmadan keçməyə cəhd göstərən 1607 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb. Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2646 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. 

Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlardan bir daha tətbiq edilən izolyasiya tədbirlərinə ciddi riayət etmələrini, bütün tövsiyə, təklif və qərarları anlayışla qarşılamalarını xahiş edirik.


OXŞAR XƏBƏRLƏR

Bakıda taksisinə minən qızlara nömrə verən 58 yaşlı kişi HƏBS OLUNDU

Bakıda sərnişinə əxlaqsız təkliflər edən daha bir taksi sürücüsü inzibati məsuliyyətə cəlb edilib.   Sfera.az “qafqazinfo.az”a istin...

Qətərdən İrana: Bu hücuma cavab verə bilərik!

İranın Dohadakı səfiri Əli Saleh Abadini dünən ABŞ-ın Əl-Üdeyd aviabazasına raket hücumuna etiraz olaraq Qətərin Xarici İşlər Nazirliyinə çağırılıb.   ...

"İranı dəstəkləyirik, müzakirə qaçılmazdır" - Peskov

“Rusiya Yaxın Şərq münaqişəsində aydın və ardıcıl mövqe ilə İranı dəstəkləyib”.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Kr...

Bank kartlarımızdakı pulu necə qoruyaq? - Təhlükəsizliyin əsas qaydaları

Günümüzdə bank kartları alış-veriş, ödəniş, pul çıxarışı və onlayn əməliyyatlar üçün ən rahat vasitələrdən biridir. Ona görə də maliyyə əməliyyatlarının böyük ə...

Dostluqdan düşmənçiliyə: İran və ABŞ-nin 80 illik gərgin tarixi

İran və ABŞ arasında münasibətlər müasir beynəlxalq siyasətin ən mürəkkəb və gərgin xəttlərindən biri olaraq qalır. Bir zamanlar strateji tərəfdaş olan bu iki d...

Daha iki ölkə arasında gərginlik: Sərhədlər bağlandı

Tailand bölgədəki gərginlik səbəbindən yeddi əyalətdə Kamboca ilə sərhədi bağlayıb.   Sfera.az xəbər verir ki, bu barədə "The Guardian"...