"Rəmiş" saxlanıldı - FOTOLAR

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Bu barədə Sfera.az-a DİN-in Gəncə regional qrupundan məlumat verilib.

Gəncə şəhər sakinləri 31 yaşlı Tahir Əliyev və əvvəllər məhkum olunmuş 27 yaşlı Orxan Sadıqov saxlanılaraq ŞBPİ-yə gətirilib və onların üzərinə baxış keçirilən zaman O. Sadıqovun üzərindən ümumi çəkisi 1 qram, T. Əliyevin üzərindən isə 2 qram narkotik vasitə olan "marixuana” aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus, şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram 056 qram çəkidə, narkotik vasitə olan qurudulmuş "marixuana” aşkar edilərək götürülüb.

Aparılan araşdırmalar zamanı həmi şəxslərə narkotik vasitə satan şəxsin əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini 1985-ci il təvəllüdlü, "Rəmiş" ləqəbli Ramil Əliyev olduğu müəyyən edilib. Onun yaşadığı fərdi yaşayış evində keçirilən əməliyyat-axtarış zamanı üzərindən 15 ədəd kağız bükümlərdə, ümumi çəkisi 15 qram, evin dam örtüyünün altından isə ayrı-ayrı sellofan torbalarda və şüşə bankalarda qablaşdırlımış , ümumi çəkisi 4 kiloqram 025 qram qurudulmuş "marixuana” aşkar edilərək götürülüb.

Faklarla bağlı araşdırmalar davam etdirilir.
 




OXŞAR XƏBƏRLƏR

Bu rayonlara yağış yağdı

Milli Hidrometeorologiya Xidmətinin iyunun 24-ü saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.   ...

Paşinyan:"Sünnət olunmadığımı sübut etməyə hazıram"

2025-ci il 24 iyun tarixində Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında yeni paylaşımı ilə diqqət çəkib. O, bütün ermənilərin Katolikosu II ...

Ərdoğan: "Tərəfləri atəşkəsə əməl etməyə dəvət edirik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və İran arasında atəşkəslə bağlı razılaşmanın əldə olunmasını müsbət qarşılayıb.   Sfera.az bu barədə...

Merzdən İsrail-İran atəşkəsinə reaksiya

Əgər bu atəşkəs ABŞ-ın İranın nüvə obyektlərinə qətiyyətli hərbi zərbələrindən sonra uğur qazanarsa, bu, çox yaxşı hal olacaq.   Sfera.az xəbər ...

Türkiyədə hamı bu toydan danışır: məclisinə 5 min qonaq gəldi - VİDEO

Türkiyənin tanınmış futbol şərhçisi Sinan Engin ailəsində toy olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş futbolçunun q...

Növbəti köç karvanı Həsənriz və Sarıcalıya çatdı

Ağdərə rayonunun Həsənriz kəndinə və Ağdam rayonunun Sarıcalı kəndlərinə yola salınan növbəti köç karvanı artıq bu kəndlərə çatıb, açarlar təqdim olunub. &nb...