Qadının yolunu kəsən sürücü həbs edildi - 20 sutka

Qadının yolunu kəsən sürücü həbs edildi - 20 sutka
Dünən bəzi xəbər saytlarında Binəqədi rayonunda xanım sürücünün azyaşlı övladları ilə birlikdə hərəkətdə olan zaman başqa bir nəqliyyat vasitəsinin sükanı arxasında olan şəxslə aralarında mübahisənin baş verməsi barədə videogörüntülər yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, həmin görüntülər barədə dərhal araşdırmalara başlanılıb
Məlum olub ki, noyabr ayının 28-də baş verən hadisə zamanı 99-VM-967 qeydiyyat nişanlı "Chevrolet” markalı avtomobilin sürücüsü paytaxt sakini olan Təhməzov Vüqar Musa oğlu idarə "Chevrolet” markalı avtomobillə hərəkətdə olan zaman dəfələrlə manevr qaydalarını pozub və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradıb. İş üzrə aparılan araşdırmaları davam etdirmək məqsədilə sürücü V.Təhməzov Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə təhvil verilib. Sürücü Vüqar Təhməzov barəsində Polis Bölməsində inzibati protokol tərtib olunaraq baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin 30 noyabr tarixli qərarı ilə V.Təhməzov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 sutka müddətinə inzibati qaydada həbs edilib.


OXŞAR XƏBƏRLƏR

Raket buraxılışları ozon qatını zədələyir – Alimlərdən ciddi xəbərdarlıq

Sürətlə inkişaf edən kosmos sənayesi Yer kürəsinin ekoloji tarazlığına yeni bir təhlükə yaradıb. Alimlər xəbərdarlıq edir ki, artan raket buraxılışları və orbit...

Ərdoğan: AB dərhal addım atmalıdır!

Türkiyə AB-dən onun avrointeqrasiya qarşısındakı siyasi maneələri dərhal aradan qaldıracağını gözləyir.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezi...

Brilliant Dadaşova həyat yoldaşı və oğlunun görüntülərini yayımladı – VİDEO

  Xalq artisti Brilliant Dadaşova həyat yoldaşı, Rus Dram teatrının rəhbəri Ədalət Hacıyev və oğulları Cahadla bağlı paylaşım edib. Sfera.az x...

Nərmin Salmanova yüksək vəzifəyə TƏYİN EDİLDİ

"Bakı Metropoliteni" QSC-də yeni mətbuat katibi təyin edilib.   Sfera.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata gör...

Hindistanda yağışlar 125 nəfərin həyatına son qoydu

Hindistanın şimalındakı Himaçal-Pradeş əyalətində leysan yağışların səbəb olduğu sel, torpaq sürüşməsi və yol qəzalarında 125 nəfər həyatını itirib.   ...

İran ABŞ ilə danışıqlar aparmayacaq - XİN

İran hazırkı vəziyyətdə nüvə proqramı ətrafında yaranmış böhranın həlli ilə bağlı ABŞ ilə danışıqların növbəti raundunu keçirməyi planlaşdırmır.   ...