Bakıda 32 yaşlı kişi bıçaqlanıb

Bakıda 32 yaşlı kişi bıçaqlanıb
Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, NZS qəsəbəsində 32 yaşlı Firdovsi Rüstəmov bıçaqlanıb. 

Naməlum şəxs ona kürək nahiyəsindən iki bıçaq zərbəsi endirib. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
 
Hadisə yerindən qaçan şəxsin axtarışlarını Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinin əməkdaşları həyata keçirir. Faktla əlaqədar cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR