Sərnişin daşıyan koronavirus xəstəsinə cinayət işi açıldı

Sərnişin daşıyan koronavirus xəstəsinə cinayət işi açıldı
Ağstafa rayon sakini 1964-cü il təvəllüdlü Qadirli Ramiz Əziz oğlu 07.11.2020-ci il tarixdə "COVİD-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 08.11.2020-ci il tarixdə idarə etdiyi "VAZ-2106" markalı avtomobillə sərnişin daşıyaraq epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb. 

Ağstafa rayon prokurorluğundan Sfera.az-a verilən məlumata görə, faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Ağstafa rayon Polis Şöbəsinə göndərilib. 

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Bu ödənişlər artırılır - RƏSMİ

İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə icra məmuru borcludan tutulmalı pul məbləğinin 10 faizi ...

Bu şəxslərin istilik təchizatı dayandırılacaq

İstehlak edilmiş istilik enerjisinin dəyəri barədə satıcı tərəfindən hesab istehlakçıya təqdim edildikdən(göndərildikdən) sonra istehlakçı tərəfindən 30 (otuz) ...

İstilik təchizatı sektorunda YENİLİK

2028-ci il iyulun 1-dən istilik təchizatı sektorunda qiymətlər (tariflər) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəc...

Təqaüdlər və müavinətlər artırılır - Bu tarixdən...

Cənab Prezidentin imzaladığı fərmana əsasən, iyulun 1-də ölkəmizdə sosial paketin növbəti elementi olaraq ölkəmizdə müavinət və təqaüdlərdə artımlar reallaşacaq...

DİN-dən əhaliyə daha bir XƏBƏRDARLIQ​​​​​​​

Bank kartlarından oğurluq davam edib.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.   Bildirilib k...

"Heydər Əliyev gələndə KAMAZ şoferləri..." - Siyavuş Novruzov

"Ulu Öndər Heydər Əliyevi bəzən Atatürklə müqayisə edirlər".   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar ...