Logo

Bərdədə yol qəzalarında 2 piyada öldü

Bərdədə yol qəzalarında 2 piyada öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bərdədə baş verən 2 yol-nəqliyyat hadisələri zamanı iki piyada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Qasımbəyli kəndi ərazisində kənd sakini A.Hidayətli idarə etdiyi "Lada-2110” markalı avtomobillə yolu keçən şəhər sakini Pərviz Əhmədovu vurub. Qəza nəticəsində ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Analoji hadisə şəhər mərkəzində qeydə alınıb.

Şəhər sakini R.Məmmədov idarə etdiyi "Opel” markalı  avtomobillə yolu keçən Otuzikilər kənd sakini Məhəmməd Xəlilovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki hadisə ilə bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR