Ukraynadan iki cinayətkar Azərbaycana ekstradisiya olundu

Ukraynadan iki cinayətkar Azərbaycana ekstradisiya olundu
Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının  tələblərinə əsasən Ukrayna Respublikasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Ukraynadan ekstradisiya edilmələri barədə sorğular edilib.

Baş Prokurorluqdan Sfera.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cahangirov Vüsal Tahir oğlunun – 18.07.2018-ci il tarixdə Sumqayıt şəhərində aralarında baş vermiş münaqişə zamanı Kərimov Renat Kərəm oğluna qəsdən bıçaqla ağır dərəcəli bədən xəsarəti yetirməsinə; Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Həmidov Namiq Ramiz oğlunun – 2012-2016-cı illər ərzində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib "AĞ Bank” ASC-nin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla əməlləri ağır nəticələrə səbəb olmasına, tamah niyyəti ilə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən şəxslər barəsində beynəlxalq axtarış elan olunub.

Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ukrayna Respublikasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Vüsal Cahangirov və Namiq Həmidov Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin vasitəçiliyi və Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya olunublar.

OXŞAR XƏBƏRLƏR

Bu şəxslərin istilik təchizatı dayandırılacaq

İstehlak edilmiş istilik enerjisinin dəyəri barədə satıcı tərəfindən hesab istehlakçıya təqdim edildikdən(göndərildikdən) sonra istehlakçı tərəfindən 30 (otuz) ...

İstilik təchizatı sektorunda YENİLİK

2028-ci il iyulun 1-dən istilik təchizatı sektorunda qiymətlər (tariflər) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəc...

Təqaüdlər və müavinətlər artırılır - Bu tarixdən...

Cənab Prezidentin imzaladığı fərmana əsasən, iyulun 1-də ölkəmizdə sosial paketin növbəti elementi olaraq ölkəmizdə müavinət və təqaüdlərdə artımlar reallaşacaq...

DİN-dən əhaliyə daha bir XƏBƏRDARLIQ​​​​​​​

Bank kartlarından oğurluq davam edib.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.   Bildirilib k...

"Heydər Əliyev gələndə KAMAZ şoferləri..." - Siyavuş Novruzov

"Ulu Öndər Heydər Əliyevi bəzən Atatürklə müqayisə edirlər".   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar ...

“Elə fənlər var ki, onlar lazım olan bacarıqları vermir” – Nazir

“Proqramlarda elə fənlər var ki, onlar sizə lazım olan bacarıqları vermir. Bu proqramların icrası da əvvəlki illərdən bəri tətbiq olunur”.  ...