Qayınanasını amansızcasına öldürən qadın hökmdən narazıdır

Qayınanasını amansızcasına öldürən qadın hökmdən narazıdır
 Bakıda qayınanasını öldürməkdə təqsirli bilinən 36 yaşlı Mədinə Qreçneva barəsindəki hökmdən apellyasiya şikayəti verib.

Sfera.az xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə baxılır.

Qeyd edək ki, M.Qreçneva Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cü (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə təqsirli bilinib.

Ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzısı verilib.

Hadisə ötən il sentyabrın 18-də paytaxtın Xətai rayonu Telnov küçəsi 3, mənzil 91 ünvanında baş verib.
70 yaşlı Valentina Qreçnevanın oğlu Alik Qreçnev işdən evə qayıdan zaman anasının qan içində olduğunu görüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları yaşlı qadının baş nahiyəsində bir neçə xəsarət aşkar ediblər. Keçirilən əməliyyat-istintaq tədbirləri zamanı ailənin gəlini Mədinə Qreçneva şübhəli şəxs qismində saxlanılıb. 

İlkin dindirmə zamanı M.Qreçneva cinayəti etiraf edib.

Evliliyin ilk günündən etibarən qayınanasının onunla yola getmədiyini, oğlundan onu boşamasını tələb etdiyini deyib. Ailədaxili narazılıqlar səngimək bilməyib və Mədinə oğlunu da götürərək ər evini tərk edib. Amma həyat yoldaşı ilə əlaqəsini kəsməyib. Qayınanası evdə olmadığı zamanlar əri Aliklə evdə görüşüb. Mənzilin açarının biri Mədinədə olub. Növbəti dəfə evə gələrkən dəhlizdə qayınanası ilə rastlaşıb. Qayınana-gəlin arasında yaranan mübahisə qansız ötüşməyib.

Məhkəmə prosesində M.Qreçneva ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. İfadəsində qayınanasını öldürmək niyyəti olmadığını, hadisə baş verən gün 70 yaşlı Valentinanın ona bıçaqla hücum çəkdiyini, özünü qorumaq üçün masadakı boş araq şüşəsi ilə onun başına zərbə vurduğunu göstərib: "Bir əlində bıçaq, bir əlində də boş dixlofos qabı üstümə hücum çəkdi. Onun hücumunu dəf etmək üçün araq şüşəsi ilə dörd dəfə başına vurdum. Üzərimə gəldiyi üçün özümü müdafiə etmişəm”. (report.az)
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda unun topdansatış QİYMƏTİ AÇIQLANDI

Bu günə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25,8-28 manat, o cümlədən Bakı şəhərində və Abşeron ...

PA rəhbəri Humeyd Obeyd Abuşibslə görüşdü - FOTO

İyulun 17-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hesablama Qurumunun sədri Humeyd O...

İsmayıllıda FACİƏ: 25 gün əvvəl doğulan körpə ölü tapıldı

İsmayıllıda körpə müəmmalı şəkildə ölüb.   Sfera.az bildirir ki, hadisə Qaraqaya kəndində qeydə alınıb.   25 gün əvvəl Bakı şəhərindəki xə...

Üç prokurorluq əməkdaşı vəzifədən azad olunub

Bakı şəhər prokurorluq orqanlarının 3 əməkdaşı intizam tənbeh tədbiri qismində tutduqları vəzifədən azad olunub.   Sfera.az xəbər verir ki, bu haqda ...

"Yalı çapkını"ndan sonra bu serialda rol alacaq -FOTO

Türkiyəli aktrisa Beril Pozamın yeni işi bəlli olub.   Sfera.az xəbər verir ki, aktrisa "Kıskanmak" serialında rol alacaq. O, ekran iş...

1 yaşlı qızını amansızlıqla öldürən ataya AĞIR CƏZA VERİLDİ

Bakıda bir yaşlı qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az xəbər verir...