İmişlidə oğurluq edən şəxslər saxlanılıb

İmişlidə oğurluq edən şəxslər saxlanılıb
 

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisindəki məktəbdən və evlərin birindən oğurluq edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, avqust ayında rayon ərazisində yerləşən məktəblərin birindən oğurluq edilməsi barədə RPŞ-yə müraciət daxil olub. Daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Musa Məlikov saxlanılıb. Araşdırmalarla onun 6 ədəd noutbik və 1 ədəd rəqəmsal televizor oğurladığı müəyyən edilib. Oğurlanmış əşyalar maddi sübut kimi götürülüb.

Bundan başqa keçirilmiş digər tədbirlərlə rayon ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən digər bir şəxs də saxlanılıb. Araşdırmalarla onun rayon sakini Əlişir Tağıyev olduğu müəyyən edilib. Ə. Tağıyevin 110 manat pul və 495 manat dəyərində 1 ədəd mobil telefon oğurladığı məlum olub. Saxlanılan şəxslər dindirilmə zamanı törətdiyi cinayət əməllərini etiraf edib.

 

Hər iki faktla bağlı İmişli RPŞ-də araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Laçındakı meşə yanğını söndürüldü

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda meşə yanğını başlayıb.   FHN Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, hazırda ...

Qəbul imtahanının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 6-da keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.   Sfera.az xəbər verir ki...

“Səs Azərbaycan”ın iştirakçısı vəfat etdi -VİDEO

“Səs Azərbaycan”ın iştirakçısı, gənc müğənni Qəşəm Cəfərov vəfat edib. Sfera.az xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat yayı...

Azərbaycanda unun topdansatış QİYMƏTİ AÇIQLANDI

Bu günə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25,8-28 manat, o cümlədən Bakı şəhərində və Abşeron ...

PA rəhbəri Humeyd Obeyd Abuşibslə görüşdü - FOTO

İyulun 17-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hesablama Qurumunun sədri Humeyd O...

İsmayıllıda FACİƏ: 25 gün əvvəl doğulan körpə ölü tapıldı

İsmayıllıda körpə müəmmalı şəkildə ölüb.   Sfera.az bildirir ki, hadisə Qaraqaya kəndində qeydə alınıb.   25 gün əvvəl Bakı şəhərindəki xə...