Kriminal avtoritetin dəfnində iştirak edənlər saxlanıldı

Kriminal avtoritetin dəfnində iştirak edənlər saxlanıldı
 Paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində xüsusi karantin rejim qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan dəfn mərasiminin iştirakçıları müəyyən olunaraq saxlanılıb.  

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, idarənin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyulun 3-də Hövsan qəsəbəsində Mayıl Mustafayevin dəfn mərasimindən yayılan görüntülərdə əks olunan şəxslər polis bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub. 

Onlarla aparılan profilaktik və izahedici söhbətlərdə diqqətlərinə çatdırılıb ki, onların mərasimdə iştirakı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına ziddir. Onlar əməllərindən peşiman olduqlarını bildirməklə, səmimi peşimançılıqlarını ifadə ediblər. 

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar.

Qeyd edək ki, M. Mustafayev kriminal aləmdə "Hövsanlı Mayıl", "Mayıl Naxçıvanski" kimi tanınıb.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...