“Kreml “İsgəndər” raketi ilə bağlı suallara cavab verməyə məcburdur” - Ekspert

“Kreml “İsgəndər” raketi ilə bağlı suallara cavab verməyə məcburdur” - Ekspert
"Vladimir Putin İlham Əliyevə raketlərlə bağlı tutarlı cavab verməyib”.

Sfera.az-ın məlumatına görə, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, ölkə başçısının ADA Universitetindəki çıxışında ən vacib fikir "İsgəndər” raketləriylə bağlı olub:

"Çünki prezident Rusiya ilə münasibətlərdə gərginliyin yarandığını etiraf etdi. Birincisi, prezident dedi ki, Rusiya Prezidenti Vladimir Putinlə "İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə edib. İkincisi, prezident dedi ki, onun tapşırığıyla Azərbaycan Müdafiə Nazirliyi fotolarla birlikdə sübutların olduğu rəsmi məktubu Moskvaya göndərib, ancaq heç bir cavab alınmayıb.
 
Fikrimcə, İlham Əliyevin iki gün ərzində "İsgəndər-M” raketləri ilə bağlı ard-arda verdiyi bu açıqlamalardan sonra Kreml hansısa şəkildə cavab verməyə çalışacaq. Çünki Kremldə anlamamış deyillər ki, İlham Əliyev onlardan cavab istədiyini dünyaya bəyan edib”.

Politoloqun sözlərinə görə, İlham Əliyev həm də ona işarə edib ki, cavab gəlməsə, bu, Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir edəcək: "Hansısa bəyanat formasında cavab verəcəkləri istisna deyil, ancaq cavabın bizi qane edib-etməyəcəyi də sual altındadır”.
 
Günay
 

OXŞAR XƏBƏRLƏR