Kreml divarları önündə sonuncu məzar – Konstantin Çernenkonun tələsik və sükutla keçən dəfni

Kreml divarları önündə sonuncu məzar –  Konstantin Çernenkonun tələsik və sükutla keçən dəfni
Sfera.az qısa müddətlik də olsa SSRİ-yə rəhbərlik etmiş Konstantin Çernenkonun həyatı və siyasi karyerası haqda maraqlı faktları oxucularına təqdim edir.  

Cəmi 15 ay hakimiyyətdə olmuş Yuri Andropovun vəfatından sonra Kremlin birinci kürsüsünə kimin sahib olacağı müzakirə ediləndə, birinciliyə iddialılar sırasında bir neçə namizədin adı hallanıb. Ancaq Siyasi Büroda əsas söz sahiblərindən biri olan Dmitri Ustinov bütün müzakirələrə son qoyaraq Konstantin Çernenekonun baş katib vəzifəsinə gətirilməsini məqsədəuyğun sayıb. Beləliklə də, Konstantin Çernenko 13 fevral 1984-cü ildə SSRİ-nin növbəti lideri kimi vəzifəsinin icrasına başlayıb.

Sözsüz ki, 73 yaşlı və səhhətində kifayət qədər problemlər olan Konstantin Çernenkonun hakimiyyətə gəlməsi birmənalı qarşılanmayıb. Hətta Kreml dəhlizlərində yeni liderlə bağlı lətifələr də yaranıb. Dövlət məmurları öz aralarında  "gərək Çernenkonun baş katib seçilməsi ilə bağlı fərman iki bənddən ibarət olaydı. Birinci: Konstantin Çernenko Sov.İKP MK-ya baş katib seçilib. İkinci: Konstantin Çernenkonun dəfn mərasimi Qızıl Meydanda keçiriləcək” deyə  zarafatlaşıblar. Bu fikir lətifə kimi səslənsə də, sonradan özünü doğruldub. Belə ki, fevralın 13-də hakimiyyətə gələn Çrenenkonun "padşah”lığı cəmisi 13 ay çəkib.

Leonid İliç Brejnevin himayədarlığı ilə zaman-zaman vəzifə pillələrində sürətlə irəliləyən Çernenko uzun illər baş katib kürsüsünə əyləşmək arzusunda olub. O, bu arzusuna yetişsə də, 13 aylıq hakimiyyətinin yarıdan çox hissəsini dövləti xəstəxana çarpayısından idarə edib.
 
Çernenkonun SSRİ-yə rəhbərliyi qısamüddətli olsa da, o, bu dövrdə bir çox hadisələrlə yadda qalıb. Düzdür, 13 ay ərzində SSRİ kimi nəhəng bir ölkədə böyük islahatların keçirilməsi mümkünsüz bir iş sayılıb. Buna baxmayaraq, yadda qalan hadisələr də az olmayıb.

Yadda qalan hadisələrdən biri Brejnevin qızı ilə bağlı qalmaqallı "brilyant işi”nin bağlanması olub ki, Çernenko ona həmişə arxa olan Brejnevə sədaqət nümayiş etdirərək Qalina Brejnevanı ev dustağlığından azad etdirib.

Çernenkonun atdığl ən maraqlı addımlardan biri isə Stalin hakimiyyətinin ən məşhur simalarından biri olan 94 yaşlı Vyaçeslav Molotovu partiyaya bərpa etməsidir. Çernenko Molotova partiya biletini şəxsən özü təqdim edib.

Ümumiyyətlə, Çernenko Stalin və onun hakimiyyəti illərinə müsbət münasibət bəsləyib. Hətta baş katibin Stalinə tam bəraət verilməsi haqda da planları olub. Amma ömür bu planı həyata keçirməyə imkan verməyib.

SSRİ-də 1 sentyabr Bilik gününün təsis edilməsi də Konstantin Çernenkonun adı ilə bağlıdır.

Çernenko SSRİ-də çox sürətlə populyarlaşan bəzi rok və estrada qruplarına qarşı ciddi mübarizə aparıb. O, bu cür musiqi janrlarını sovet əxlaq normalarına zidd sayıb.

Konstantin Çernenko siyasi konfliktələrə getməyən siyasətçilərdən sayılıb. Baş katib ölkə üçün taleyüklü məsələləri kollegial şəkildə müzakirə etməyə üstünlük verib.

Konstantin Çernenkonun yüksək vəzifələrdə işlədiyi dövrdə siyasi portreti "ən sədaqətli və təmiz kommunist”, "Leninin layiqli davamçısı” kimi ifadələrlə xarakterizə olunub. Amma sonralar məlum olub ki, Çernenkonun "təmizliyi” mifdən başqa bir şey deyilniş. Belə ki, SSRİ dövründə ölkə başçısı vəfat edəndə xüsusi komissiya elə həmin gün birinci şəxsin kabinetini, oradakı seyfini, sənədləri təftiş edərək kabineti növbəti sahibi gələnə qədər möhürləyiblər. Çernenkonun kabinetini təftiş edəndə baç katibin seyfində külli miqdarda pul aşkar edilib. Pulun miqdarını hesablamaqda çətinlik çəkən komissiya üzvləri kabinetə mühasib dəvət ediblər. Sonda məlim olub ki, Çernenko Kremldə işlədiyi illərdə əmək haqqlarını, mükafatlarını, qonorarlarını xərcləmədən belə yığsaydı aşkar olunan məbləğ qədər pul yığa bilməzdi. Sonralar o da məlum olub ki, Çernenko Brejnevin korrupsiya "ənənə”lərini uğurla davam etdirib.

Çernenkonun hakimiyyətdə uzun müddət qalmayacağı hamıya məlum olub. Günü-gündən səhhətində müşahidə edilən ağırlaşmalar belə düşünməyə əsas verib. Hətta Marqaret Tetçer də Çernenkonu gördükdən sonra belə qənaətdə olub. O, öz xatirələrində bu haqda yazıb:

"Mən Andropovun dəfn mərasimində iştirak etmək üçün Moskvaya getmişdim. Hava soyuq olduğundan aaqqabılarımı və üst geyimimi Moskvada dəyişməli oldum. Dəfn mərasimində növbəti sovet liderinə diqqətlə nəzər yetirdim. Düşündüm ki, Çernenkonun hakimiyyəti müvəqqəti olacaq və yaxın vaxtlarda Moskvaya səfərimdə yenidən ayaqqablarımı və üst geyimimi dəyişdirəsi olacam...”

Həqiqətən də, Marqaret Tetçer 1 il 25 gündən sonra yenidən Moskvaya, Çernenkonun dəfn mərasiminə gəlib və yenidən hava şəraitinə görə ayaqqabılarını və üst geyimini dəyişməyə məcbur olub.

Konstantin Çernenko 10 mart 1985-ci ildə vəfat edib. Onun vəfatı gün ərzində hamıdan gizli saxlanılıb. Bu saatlar ərzində isə Kreml məmurları varis məsələsini Mixail Qorbaçovun xeyrinə həll ediblər. ( bu haqda növbəti saylarımızda geniş yazı təqdim edəcəyik)

Çernenkonun dəfni 1985-ci il martın 13-də keçirilib. Dəfn komissiyasına Qorboçov rəhbərlik edib. Çernenko Kreml divarları qarşısında dəfn olunan sonuncu baş katib olub.
 
Şahidlərin və tarixçilərin qənaətininə görə, Çernenkonun dəfnində tələskənlik və əvvəlki baş katiblərin dəfn mərasimlərindən fərqli olaraq, sönük bir sükut hökm sürüb.

1970-1986-cı illərdə Mərkəzi Komitənin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini, 1986-1991-ci illərdə Mixail Qorbaçovun köməkçisi vəzifələrində işləyən Anatoli Çernyaev öz memuarlarında Çernenkonun dəfn mərasimi haqqında təəsüratlarını belə bölüşüb:

"Dəfn mərasimində xarici qonaqlardan başqa heç kim baş geyimini çıxartmadı. Adətən dövlət məmurlarının dəfnində baş geyimləri çıxarldığı halda, bu dəfə Kreml məmurları bunu etmədilər. Saat yarım davam edən mərasimdən sonra mən xidməti avtomobilimlə evə gedirdim. Moskvanın mərkəzi küçələrində sanki bir bayram əhvalı var idi. Hiss olunmurdu ki, ölkənin başçısı vəfat edib. Elə həmin günlərdə də Çernenko haqqında çoxsaylı lətifələr meydana gəlmişdi. Yəqin ki, bunun səbəbi Çernenkonun bu vəzifəyə layiq olmaması ilə bağlı idi...”

Qarşıda isə SSRİ-ni süquta aparan yeni dövr açılırdı, Qorbaçov dövrü...

İlham Cəmiloğlu   
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...