Krasnoyarskda məktəbə girmək istəyən ayı öldürüldü

Krasnoyarskda məktəbə girmək istəyən ayı öldürüldü
Polis Krasnoyarsk diyarının Açinsk rayonunda yerləşən kənd məktəbinə tərəf gedən ayını öldürüb.

Sfera.az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin regional qərargahının verdiyi məlumata görə, polis nəfəri 2 dəfə Krasnoyarsk diyarının Açinsk rayonunda yerləşən kənd məktəbinə doğru yan aldığı müşahidə edilən bir ayını güllələyib.

Qurumun məlumatına görə, ayı Belıy Yar kəndinin sakinləri üçün təhlükə yaradırdı. Ayının yaşayış məkanına ilk çıxmasından sonra meşəyə qaytarıldığı, amma bir neçə saat sonra yenidən kəndə  döndüyü qeyd olunur.
 
Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR