Korrupsiyaya qarşı mübarizədə hər birimiz öndə olmalıyıq

Korrupsiyaya qarşı mübarizədə hər birimiz öndə olmalıyıq
 Müstəqil Azərbaycan Respublikası prezident İlham Əliyevin səyi və qətiyyəti nəticəsində günü-gündən inkişaf edir, iri dövlətlərlə bir sırada addımlayır. Bütün bunlar ölkəmizin hər bir vətəndaşını qürurlandırır, gələcəyə inamını artırır. 
Nə yaxşı ki, İlham Əliyev bizim prezidentimizdir, çünki onun xalqına diqqət və qayğısı bu son dönəmdə özünü daha bariz şəkildə göstərdi. Onun apardığı daxili və xarici siyasət bütün insanlar tərəfindən alqışlanır.
Cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də islahatlar həyata keçirilir və uğurla davam etdirilir.
Dövlət başçısı tərəfindən yeni Baş prokurorun təyinatı da ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı aparılan genişmiqyaslı mübarizənin davamlı olması cəmiyyətdə alqışla qarşılandı. İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən bir  məqama toxunaraq demişdir: "Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır”.
İlham Əliyev tərəfindən dəfələrlə korrupsiya və rüşvətxorluğa son qoyulmasına çağırış və xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi məmurlar buna əməl etməyərək öz çirkin niyyətlərini həyata keçirməyə davam etmişlər. Məhz ona görə də bəzi vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi davam etdirilir. Ölkə vətəndaşları prezident İlham Əliyevin bu istiqamətdə atdığı qətiyyətli addımlarını tam dəstəkləyirlər. Amma təəssüflər olsun ki, bir neçə vəzifəli şəxsin cəzalandırılmasına baxmayaraq, bəzi məmurlar onlara göstərilən etimadı doğrultmaq əvəzinə, vəzifələrindən sui-istifadə edərək öz şəxsi mənafeləri üçün çalışırlar. Nəticə isə göz qabağındadır. Öz nəfsinə hakim ola bilməyənlərin aqibəti heç də yaxşı olmur. İctimaiyyətə təqdim olunan görüntülərdən aydın olur ki, bəzi məmurlar bu çətin sınaq dövründə belə aztəminatlı ailələrə ayrılan yardımlara da göz dikiblər. Belə halların qarşısı isə qətiyyətlə alınır və bu işlər davamlı surətdə aparılacaqdır. Ölkə rəhbərinin göstərişi ilə belə neqativ halların qarşısı qətiyyətlə alınacaq və bu kimi hallara qarşı bundan sonra da ciddi mübarizə aparılacaq.
Apardığı uğurlu daxili və xarici siyasətə görə möhtərəm prezidentimizə "eşq olsun” deyirik. Hər bir vətəndaşın prezidenti olan İlham Əliyevlə fəxr edirik.
Təhsil işçisi Şərafət Hüseynəliyeva

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...