“Koronavirusun yeni ştamı birjalarda nikbinlik yaradacaq” – Amerikalı milyarder

“Koronavirusun yeni ştamı birjalarda nikbinlik yaradacaq” – Amerikalı milyarder
"Koronavirusun yeni aşkarlanan "Omicron ştammının iqtisadi faydaları var”.

Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, belə bir açıqlama ilə Pershing Square Capital Management hedcinq fondunun idarəedici şirkətinin təsisçisi Bill Ackman çıxış edib.  

Amerikalı milyarderin sözlərinə görə, gərginliyə və hətta yüksək yoluxuculuq qabiliyyətinə baxmayaraq, əgər yeni ştamın simptomları yüngül olarsa, birjalarda nikbinlik yaranacaq. 

"Bloomberg” qeyd edir ki, artıq yeni ştama yoluxanlarda yüngül simptomların müşahidə edilməsinə dair xəbərlər var və bu xəbərlər ABŞ səhmlərinin fyuçerslərini Asiyada bahalaşdırıb. Eyni proses Avropa bazarlarında da görünür. 

Xatırladaq ki, ötən həftənin cümə günü yeni və təhlükəli şatamın yayılması xəbərləri dünya bazarlarında qiymətləri kəskin endirmişdi. S&P 500 ticarətə başlayandan bir neçə dəqiqə ərzində 1,6 faiz, Dow Jones - 2,2 faiz, Nasdaq - 1,2 faiz ucuzlaşmışdı. Bunun nəticəsində əsas əmtəə olan neft 10-13 faiz aralığında dəyər itirdi.

Lakin həftənin ilk günündə yayılan məlumatlar birjalarda yenidən canlanmaya səbəb olub. Bill Ackman hesab edir ki, pozitiv xəbərlər davam edərsə, qlobal iqtisadiyyat daha da güclənəcək. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda qadınların neçə faizi siqaret çəkir? - STATİSTİKA

2023-cü ilə aid olan məlumata əsasən, Azərbaycanda yaşı 15-dən yuxarı olan qadınların 0,2 faizi siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinə ...

İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü KEÇİRİLİR

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.   Sfera.az&...

Əhmədin anasının yerinə O TƏYİN EDİLDİ - FOTO + DOSYE

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub.   Sfera.az xəbər verir k...

Prezident İlham Əliyev Berlində böyük coşqu ilə QARŞILANDI 

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlinə işgüzar səfəri zamanı böyük coşqu ilə qarşılanıb.   Sfera.az xəbər verir ki, Preziden...

"Real Madrid"in OYUNÇUSU: "Nəticə gözləyirəm"

"Real Madrid"in və Almaniya millisinin mərkəz müdafiəçisi Antonio Rudiger qarşıdan gələn 2024-cü il Avropa Çempionatı ilə bağlı gözləntilərini bölüşüb...

Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO

Sosial şəbəkə fenomeni Bayram Nurlunun anası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.   Sfera.az xəbər verir ki, məhrum Gülxanım xanım bu gün ...