Koronavirusun yayılması sürətlənir – Yoluxmaların sayı 2 dəfə artıb – XƏBƏRDARLIQ

Koronavirusun yayılması sürətlənir – Yoluxmaların sayı 2 dəfə artıb – XƏBƏRDARLIQ
 

"Koronavirus pandemiyası bütün dünyada sürətlə yayılmağa davam edir və bir çox ölkələr hələ də bu virusu nəzarət altında saxlamağı bacarmırlar”.

Sfera.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST-ün) baş direktoru Tedros Adhanom Qebreyesus xəbərdarlıq edib.

ÜST-ün həftəlik məlumat sessiyasında baş direktor BMT-nin səhiyyə agentliyinə dünya ölkələri tərəfindən 12 milyon koronavirus yoluxmasının təsdiqləndiyini bildirib.

O, qeyd edib ki, pandemiya qlobal və ölkədaxili miqyasda səhiyyədə və cəmiyyətdə bərabərsizliklərin olduğunu üzə çıxarıb.

"Virus bir sıra ən varlı ölkələrin səhiyyə sistemini çökdürdü. Dünya ölkələrinin bir çoxunda virus nəzarət altına alına bilmir. Vəziyyət get-gedə daha da mənfiyə doğru gedir. Son 6 həftədə koronavirusa yoluxma hallarının sayı 2 dəfə artıb”, – deyə ÜST-ün baş direktoru bildirib.

(qazet.az)


OXŞAR XƏBƏRLƏR