Koronavirusun tüğyan etdiyi məqamda \"Yaşma bağları\" sakinləri əl yumağa su tapmır - ŞİKAYƏT

Koronavirusun tüğyan etdiyi məqamda \
 "Yaşma bağları" yaşayış massivinin suyu yenə də kəsilib

Sakinlərin bakucity.az-a bildirdiyinə görə, "Yaşma bağları" yaşayış massivinə verilən su on gündən artıqdır ki, kəsilib:

"Koronavirusun surətlə yayıldığı bir vaxtda, həm də xalqımızın milli bayramı olan Novruz bayramı günlərində bu əraziyə verilən su kəsilib. Artıq on gündən çoxdur ki, susuz qalmışıq. Qəsəbə sakinləri içməli suyu onsuz da pulla alırdı, hazırda isə aldığımız su bizə çatmır. Bilmirik bu suyu koronovirusdan qorunmaq üçün gigiyenik təmizliyimizə sərf edək yoxsa içək”.
 
Bayram günündə, həmdə ən çox təmizliyə ehtiyyac olan bu vaxtda "Yaşma bağları” yaşayış massivinin sakinləri nəinki yuyunmağa, hətta əl yumağa da sularının olmadığını deyirlər. Səbəb isə su borularının yararsız olmasıdır:

"2019-cu ilin oktyabr ayında müvafiq qurumlara şikayət etdik, noyab ayında gəlib baxdılar və sovet dövründən qalma köhnə boruların yarısını kanalizasiya suları üçün nəzərdə tutulmuş yeni borularla əvəzlədilər. Bu borularsa o qədər nazikdir ki, suyun təzyiqi bir balaca yüksək olan kimi partlayır. Bir sözlə, bu məsələ də yarımçıq qaldı”. 

Sakinlər deyir, əvvəl heç olmasa bir balaca çürümüş olsa da, köhnə borulardan gələn su ilə yaşayışımızı idarə edə bilirdik, indi o da yoxdur. 

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişik, məsələ diqqətimizdədir.

Qeyd edək ki, Sumqayıt şəhər "Yaşma bağları” massivində 1988-ci ildən yaşamağa başlayan əhali elə həmin vaxtdan içməli suyu ya satın alır, ya da "Taxtakörpü” kanalından gələn suvarma suyundan istifadə edir. Bu suyun verilməsində isə tez-tez problemlər yaşanır.

OXŞAR XƏBƏRLƏR

Tarixdəki ən qısa müharibələr

1896-cı ildə Britaniya ilə Afrika sahillərindəki kiçik bir ada dövləti olan Zanzibar arasında təəccüblü şəkildə qısa bir münaqişə baş verdi.   Sfera....

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...