Koronavirusun tüğyan etdiyi İspaniyada azərbaycanlıların vəziyyəti necədir? - AÇIQLAMA

Koronavirusun tüğyan etdiyi İspaniyada azərbaycanlıların vəziyyəti necədir? - AÇIQLAMA
Koronavirusun ən çox yayıldığı ölkələrdən biri də İspaniyadır.

 

 

Belə ki, koronavirus statistikasında ilk onluqda olan bu ölkədə indiyədək 1,622,632 nəfər virusa yoluxub, 44037 nəfər dünyasını dəyişib.

 

Hələ bir neçə ay əvvəl virusun Azərbaycanda yayıldığı ilk vaxtlarda xarici ölkələrdən vətəndaşlarımızın gətirilməsi üçün çarter reyslər təşkil olunsa da İspaniyadan Azərbaycana bu reyslər təyin edilmədi.

 

Maraqlıdır, bu qədər zaman ərzində İspaniyada qalan vətəndaşlarımız arasında virusa yoluxan varmı? Soydaşlarımızın yaşam şəraiti necədir?


Məsələ ilə bağlı Sfera.az-a danışan "Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin sədri və İspaniya Azərbaycan Evinin rəhbəri Kərim Kərimov vətəndaşlarımız arasında koronavirusa yoluxma faktının olmadığını bildirib:


 

"İspaniyaya pandemiya müddətində Azərbaycana çarter reys açılmadı. Amma indiyə kimi artıq qayıtmaq istəyənlər müxtəlif yollarla qayıdıb. İspaniyada hazırda yaşayan azərbaycanlılar əsasən burda uzun illərdir ki, yaşayan həmyerlilərimizdir. Bu baxımdan onların heç birində yaşayış və ya maddi vəziyyətlə bağlı sıxıntı yoxdur.


Bizdə olan məlumata əsasən indiyədək İspaniyada yaşayan soydaşlarımız arasında koronavirusa yoluxma halı qeydə alınmayıb", - deyə diaspor rəsmisi qeyd edib.


 

Sfera.az

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...