\"Koronavirusu amerikalılar və çinlilər yaradıb\"

\
 Koronavirusun səthindəki genetik ardıcıllıqlar onun təbii mənşəli olmadığını, Çin və ABŞ alimləri tərəfindən hazırlandığını göstərir.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə  norveçli vaksinoloq Birger Sörensen mətbuata açıqlama verib. Alimin rəyini Böyük Britaniya kəşfiyyat idarəsinin sabiq rəhbəri Riçard Dirlav da dəstəkləyib.

"Quarterly Review of Biophysics” nəşrində dərc olunan yeni araşdırmada B.Sörensen sübut etməyə çalışır ki, koronavirusun quruluşundakı tikanabənzər zülalların ardıcıllığı onların süni yolla virusa yerləşdirildiyini deməyə əsas verir.

Həmçinin, alim virusun insanlar arasında yayılmağa başlamasından bəri mutasiyaya uğramadığını iddia edir. Bu isə COVID-19-un əvvəlcədən insanlara uyğunlaşdırıldığını deməyə əsas verir.

B.Sörensen iddia edir ki, bu, viruslar üçün qeyri-adi haldır.

Norveçli alim virusun atipik pnevmoniya virusundan çox fərqli olduğunu və əvvəllər təbiətdə aşkar edilmədiyini vurğulayıb.

"Biz virusu texniki olaraq təsvir etsək, təbii ki, bunun təbii inkişafın nəticəsi olmadığını görərik. Onu amerikalılar və çinlilər "funksiya əldə olunmaqla yaranan mutasiya” adlandırdıqları araşdırma çərçivəsində istehsal ediblər.

Bu cür tədqiqatlar bütün dünyada aparılır. Heç kim bu barədə danışmır, lakin qabaqcıl laboratoriyalarda həmin işlər daim inkişaf etdirilir”, - deyə B.Sörensen bildirib.

Böyük Britaniyanın kəşfiyyat idarəsinin 1999-2004-cü illərdə rəhbəri olmuş Riçard Dirlav  "Telegraph” nəşrinə verdiyi müsahibədə qeyd edib ki, bəzi alimlərin araşdırmaları pandemiyanın laboratoriyada meydana gələ biləcəyini sübut edir:

"Düşünürəm ki, hər şey bədbəxt hadisə nəticəsində başladı. Sual yaranır, Çin buna görə məsuliyyəti öz üzərinə götürərək təzminat ödəyəcəkmi? Hesab edirəm ki, bütün ölkələr Çinə və onun rəhbərliyinə münasibətlərini yenidən nəzərdən keçirməli olacaqlar”.

Qeyd edək ki, son məlumatlara əsasən, dünyada 7 323 803 nəfərdə koronavirus aşkar edilib. Virusdan 413 733 nəfər ölüb, 3 603 991 nəfər sağalıb.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...