No Image
No Image

Koronaviruslu xəstəni xəstəxanaya yerləşdirmək üçün 1000 dollar rüşvət alıb - Azərbaycanda daha bir həkim skandalı

Koronaviruslu xəstəni xəstəxanaya yerləşdirmək üçün 1000 dollar rüşvət alıb - Azərbaycanda daha bir həkim skandalı
Sabirabad rayonu, Suqovuşan kənd sakininin koronavirus infeksiyasına (COVID-19) yoluxmaqla stasionar şəraitdə müalicəyə ehtiyacı olan qohumunun Rayon Mərkəzi Xəstəxanasının Fazil adlı həkimi tərəfindən xəstəxanaya yerləşdirilməsi müqabilində 1000 ABŞ dolları məbləğində pul alması barədə Sabirabad Rayon Prokurorluğuna müraciəti daxil olub.

Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin müdiri, koronavirus xəstələrinin müayinə və müalicələri üzrə koordinator həkim Əliyev Fazil Məhərrəm oğlu koronavirus infeksiyasına (COVID-19) yoluxan şəxsin qohumundan qeyd edilən xəstəxanaya yerləşdirilərək müalicə olunması üçün 1000 ABŞ dolları məbləğində pul vəsaitini rüşvət qismində alıb, sonradan isə həmin xəstə müalicə olunduğu xəstəxanada vəfat edib.

Toplanan material üzrə fakta görə Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, Fazil Əliyev 23 aprel 2021-ci il tarixdə həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Vəzifəli şəxslərə cinayət işi açıldı - 330 minlik mənimsəmə..

23 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin iqtisadi məsələlər üzrə müavini Zinyət İsmayılovanın qanunsuz əməlləri ilə əlaqədar keçirilən əməliyyat-ax...

Tanınmış rejissor valideynləri tərəfindən qətlə yetirildi - Bədənini parçalayıb zibilliyə atıblar

İranlı rejissor Babək Horramdin valideynləri tərəfindən qətlə yetirilib. Sfera.az bildirir ki, hadisə bu gün Tehranda baş verib. Belə ki, 47 yaşlı rejisso...

Tibb işçisinin təcavüz etdiyi koronavirus xəstəsi vəfat etdi

Hindistanda tibb işçisi COVİD-19-a yoluxan qadına təcavüz edib.   Sfera.az bildirir ki, hadisə Madya Pradeş əyalətində baş verib. Belə ki, 40 yaşlı Santo...

Azərbaycanda sabiq vəzifəli şəxs HƏBS EDİLDİ

Neftçala rayon sakinlərinin rayonun Xolqarabucaq bələdiyyəsinin sabiq sədri Qismət Qəfərovun qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna daxil olmuş kolle...

Polis əməliyyat keçirdi, narkobaron yaxalandı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən naarkotik vassitələrin qanunsuz dövriyyəsi, alqı-satqısı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı bi...

Rüşvət verib peyvənd vurdurmayan vətəndaş həbs edildi - RƏSMİ

Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə aparılan genişmiqyaslı vaksinasiya prosesinə qarşı yönəlmiş qanunsuz əməllərə qa...