Koronavirusla “sevgi rəqsi”: Çinli tibb işçisinin evlilk təklifi onu dünyada məşhurlaşdırdı

Koronavirusla “sevgi rəqsi”: Çinli tibb işçisinin evlilk təklifi onu dünyada məşhurlaşdırdı

Tibb qardaşı koronaviruslu xəstəxanada iki ay birgə işlədiyi həmkarına evlilik təklifi edib.


Sfera.az Daily.Mail nəşrinə istinadla xəbər verir ki, Çinin Hubey əyalətinin Uhan şəhərindəki xəstəxananın reanimasiya şöbəsində çalışan tibb qardaşı öz həmkarına evlilik təklifi edib. Onlar iki ay koronaviruslu xəstələrə birlikdə qulluq ediblər.

 

Aprelin 15-i, məxsusən koronaviruslu xəstələr üçün inşa edilənLeyşenşan xəstəxanasının bağlanış günündə 22 yaşlı Hu Çjimin (Hu Zhimin), əlində bir dəstə çiçək diz çökərək həmkarı Tzen İninə (Zeng Yingying) evlilik təklifi edib.

 

"Sən sadəcə xoşuma gəlmirsən, mən səni sevirəm. Mənimlə evlənərsən?”,-deyə, Çjimin xəstəxananın digər əməkdaşlarının gözü qarşısında sevgilisinə evlilik təklifi edib. İnin əvvəlcə təəccüblənib, amma bir neçə saniyə götür-qoy edəndən sonra təklifi qəbul edib.

 

Çjimin həmkarına koronaviruslu xəstələrin həyatını xilas etmək üçün gecə-gündüz birlikdə işlədikləri zaman aşiq olduğunu bildirib."Biz Leyşenşan xəstəxanasında birlikdə68 soyuq gecə növbəsi yaşamışıq. Hər dəfə növbədən sonra çölə çıxandagünəş istisindən həzz alırdıq. Sevgimi bu cür etiraf etməkdə məqsədim onu daha güclü, daha təsirıi etməkdir”


İnin əlavə edib ki, onlar pasientlərin həyatı uğrunda iki ay çiyin-çiyinə mübarizə apararaq epidemiya zamanı bütün çətinliklərə sinə gərməyi bacarıblar.

Qeyd edək ki, epidemiyanın pik həddində Uhandakı koronaviruslu xəstələri qəbul etmək üçün tikilən 1.5 min çarpayılıq Leyşenşan xəstəxanası 14 günə inşa edilib. Bu, 10 günə tikilən 1000 çarpayılıq Huoşenşan xəstəxanasından sonra, şəhərdəki ikinci müvəqqəti xəstəxanadır. Xəstələr sağalıb evlərinə buraxıldıqdan sonra hər iki səhiyyə müəssisəsi bağlanıb.

 

 

Daha əvvəl bildirilmişdi ki, Çindən olan tənha tibb bacısı ölkə rəhbərliyindən koronavirusla mübarizədə mükafat olaraq ona sevgili tapmağı xahiş edir. O, həmçinin bildirmişdi ki, boyu 1,7 metr olduğundan, ucaboy kişi ilə münasibət qurmaq istəyir.

 

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...