Koronavirusla bağlı dünyanı sevindirən xəbər – “COVİD-19” öz-özünə yoxa çıxacaq

Koronavirusla bağlı dünyanı sevindirən xəbər – “COVİD-19” öz-özünə yoxa çıxacaq
Sfera.az-ın məlumatına görə, dünyanın koronavirusun ikinci dalğasına hazırlaşdığı bir dövrdə italiyalı həkim, mütəxəssis dünyanı rahatlaşdıran belə proqnozla çıxış edib.
Yoluxucu xəstəliklər üzrə mütəxəssis olan Matteo Bassettinun sözlərinə görə, yeni növ koronavirus mutasiyaya uğrayaraq zəifləyib və ölümcül təsirlərini azaldıb. O, qeyd edib ki, dünyadakı vəziyyət belə davam edərsə COVİD-19 heç bir peyvəndə gərək qalmadan yox olacaq.


İtaliyalı mütəxəssis deyib ki, virus ortaya çıxdığı ilk dövrdə "vəhşi bir pələng” idi və daha güclü bir sturuktura malik idi. Lakin indi o bir "pişiyə” çevrilib.Onun sözlərinə görə, virusun zəifləməsində sosial məsafə, maska, dezinfeksiya tədbirləri, şəxsi gigiyenanın artırılması, virusun qarşısını almaq üçün görülən tədbirlərin, o cümlədən sağalan xəstələrin antikorlarının da təsiri var. Bundan başqa artıq ölkədə xəstələnənlər belə müalicəyə daha asan və tez cavab verir, sürətlə sağalırlar.


"80 və 90 yaşlı xəstələr belə indi öz yataqlarında özbaşına hərəkət edə bilirlər. Onlar heç bir kömək olmadan nəfəs alırlar. Bu xəstələr bir ay öncə yoluxsalar öləcəkdilər”.

Xatırladaq ki, İtaliya virusun ən çox ziyan vurduğu ölkələrədn biridir. Bu ölkə Çindən sonra koronavirusun episentri hesab edilirdi.
Lakin heç də bütün elm adamları Bassettinin fikri ilə razılaşmırlar. Onlar həmkarlarının dediklərinin elmi əsası olmadığını qeyd edirlər.

medicina

OXŞAR XƏBƏRLƏR

Tarixdəki ən qısa müharibələr

1896-cı ildə Britaniya ilə Afrika sahillərindəki kiçik bir ada dövləti olan Zanzibar arasında təəccüblü şəkildə qısa bir münaqişə baş verdi.   Sfera....

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...