Koronavirusdan sonra bu peşə sahibləri işsiz qala bilər - SİYAHI

Koronavirusdan sonra bu peşə sahibləri işsiz qala bilər - SİYAHI
 

Turist bələdçiləri, fitness təlimçiləri, pilotlar, kiçik ofis menecerləri və İT sənayesinin nümayəndələri koronavirus pandemiyası bitdikdən sonra işsiz qala bilərlər.

Sfera.az  xəbər verir ki, bu barədə Proqressiv Təhsil İnstitutu dünya ölkələrində mövcud vəziyyətlə bağlı tədqiqat aparıb.

İlk olaraq risk qrupuna səyahət agentləri və bələdçilər daxildir. Çünki pandemiya sona çatdıqdan sonra insanlar heç də tez bir zamanda səyahət etmək fikrində olmayacaqlar. Sərnişin daşımalarında böyük itkilər səbəbindən hava yolları işçiləri də təhlükəli vəziyyətlə üz-üzədir.

Karantin rejimi ləğv edildikdən sonra fitness mərkəzləri də bütün müştərilərini salonlara qaytara bilməyəcək. Nəticədə bəzi gənclərin, təcrübəsi az olan müəllimlərin işsiz qalma təhlükəsi yaranıb.

Təcrid ilə sürətləndirilən iş proseslərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması ixtisaslaşmış şöbələrin kiçik işçilərinin, kiçik analitiklərin, əczaçıların, rieltorların, hüquq məsləhətçilərinin, bank müdirlərinin, müəllim və tərbiyəçilərin, tərcüməçilərin, çap şirkətinin işçilərinin, İT nümayəndələrinin və bəzi müdirlərin işdən çıxarılması riskinə səbəb olacaq. (baku.ws)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...