Koronavirusdan sağalan yenidən COVİD-19-a yoluxa bilər? - Açıqlama

Koronavirusdan sağalan yenidən COVİD-19-a yoluxa bilər? - Açıqlama
TƏBİB koronavirusa yoluxan insanların yenidən COVİD-ə yoluxmasının mümkünlüyü barədə açıqlama verib.

Sfera.az xəbəverir ki, TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva bildirib ki, şəxsin ikinci dəfə koronavirusa yoluxduğunu təsdiqlətmək üçün sübutların olması lazımdır: "Müəyyən etmək lazımdır ki, bu adam həqiqətən daha əvvəl xəstələnib, qanında müəyyən anticisimlər əmələ gəlib, ya yox. Həmin adam ikinci dəfə test verdikdə pozitivlik aşkarlanarsa, onun ilk yoluxma zamanında olan simptomları, qanındakı qoruyuculuq araşdırıldıqdan sonra bunu təkrar yoluxma faktı kimi təsdiq edə bilərik”.

Dünyada təkrar yoluxma hallarının mövcud olduğunu deyən N.Mustafayeva qeyd edib ki, dünyada 60 milyondan çox insan koronavirusa yoluxub. Onların arasından bir neçə nəfərin virusa yoluxması təhlükəli hal deyil:

"Biz hazırda əminliklə deyə bilərik ki, ikinci yoluxma halı hələlik mümkün deyil. 60 milyon yoluxmanın qarşılığında ikinci dəfə baş verən yoluxma rəqəmi elə olmalıdır ki, biz deyə bilək ki, təkrar yoluxma mümkündür”. (Trend)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...