Koronavirusda dadbilmə itdikdən sonra yanlış müalicələr

Koronavirusda dadbilmə itdikdən sonra yanlış müalicələr
 Koronavirusa yoluxduqdan sonra qoxu və dadbilmə hissi dəyişə, yaxud yox ola bilər. Onları bərpa etmək üçün spirt, xardal və ya istiot istifadə etməməlisiniz.

RBK-nın məlumatına görə, bu barədə Rusiyada yüksək kateqoriyalı lor həkim, tibb elmləri namizədi, LOR klinikanın rəhbəri Vladimir Zaytsev xəbərdarlıq edib.

"Bəziləri spirt, xardal, istiot istifadə edirlər, dili ovuşdurmağa çalışırlar. Bu yalnız selikli qişanı qıcıqlandırır, iltihablandırır”, - deyə o bildirib.

Həkimin sözlərinə görə, əksinə, pəhriz saxlamaq və yeməyə kəskin ədviyyatlar əlavə etməmək lazımdır.

Həmçinin, ödem əleyhinə preparatlar da kömək edir.

"Dad reseptorları ödemin təsirindən uzaqlaşır, normal işləməyə başlayır”, -  deyə Zaytsev izah edib.

Həkimlər COVID-19-dan sonra qalıcı qoxu və dad itkisi riskinin olduğunu bildirirlər.

Digər rusiyalı mütəxəssis, həkim-otolaringoloq İvan Leskov isə dadbilməni B, B1, B6 vitaminləri və həmçinin, tərkibində piridoksin hidroxlorid olan preparatlarla daha sürətli bərpa etməyin mümkünlüyünü vurğulayıb.

"Dadın heç vaxt qayıtmayacağı şansı da var. Bu vəziyyətdə iki həkimlə əlaqə saxlamalısınız: otorinolaringoloq (çünki iltihab qala bilər) və nevroloq. Ola bilsin ki, nevroloq vitaminlərdən əlavə, bəzi dərmanlar da tövsiyə edəcək”, - deyə həkim xəbərdarlıq edib.

Onun sözlərinə görə, koronavirus "qan damarlarını vurur” və dad-qoxu hissinin itməsi əsəb xəstəliklərinin ilk simptomu ola bilər.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...