Koronavirusa yoluxan bəzi adamların test nəticələri niyə neqativ çıxır? – Elm adamları AÇIQLADI

Koronavirusa yoluxan bəzi adamların test nəticələri niyə neqativ çıxır? – Elm adamları AÇIQLADI
İngiltərədə koronavirusa yoluxmasına rəğmən, test nəticələri mənfi çıxan şəxslərlə bağlı araşdırma aparılıb.
 
Sfera.az bildirir ki, bu istiqamətdə "London College” universitetinin əməkdaşları çalışıblar. Məlum olub ki, virus bəzi insanların bədənlərinə daxil olsa da, erkən mərhələdə immun sistemi tərəfindən təmizlənir. Belə ki, "T” adlı hüceyrələr dərhal virusa müdaxilə edir və "abort infeksiya” adlanan vəziyyəti həyata keçirir. Bu baş verdikdə, COVID-19-a səbəb olan virus çoxala bilməyərək yox olur.

Tədqiqatın müəllifləri İngiltərənin paytaxtı Londonda pandemiyanın ilk dalğası zamanı monitorinq edilən tibb işçilərinin təxminən, 15 faizinin bu təsvirə uyğun olduğunu bildiriblər. "Nature” jurnalında dərc olunan yazıya əsasən, pandemiyanın ilk dalğası zamanı infeksiya əlamətləri müşahidə edilən 750-dən çox tibb işçisi intensiv şəkildə izlənilib. Yoluxma riskinin yüksək olmasına baxmayaraq, 58 iştirakçının test nəticələri pozitiv çıxmayıb. Bununla birlikdə, bu şəxslərdən alınan qan nümunələrində, virusa heç vaxt yoluxmayan insanlara nisbətən, "T” hüceyrələrində artım müşahidə olunub. 

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...