Koronavirusa qarşı təsirli üsul - Bu meyvənin qabığı virusu məhv edir

Koronavirusa qarşı təsirli üsul - Bu meyvənin qabığı virusu məhv edir
 

Hazırda dünyanı ələ keçirən koronavirus epidemiyasından xalqı qorumaq üçün səhiyyə təşkilatları bir çox tövsiyələr yayımlayıblar. 

Sfera.az xəbər verir ki, virusdan müdafiə olunmağın maraqlı üsullarından birini də türkiyəli prof. dr. Erdem Yeşilada açıqlayıb.

Professorun sözlərinə görə, koronavirusdan müdafiə olunmaq istəyiriksə, ilk növbədə boğazımızı və ağciyərlərimizi qorumalıyıq. 

O bildirir ki, bu baxımdan nar meyvəsi xüsusi əhəmiyyət daşıyır. Belə ki, nar qabığının ekstraktı virusların 60 faizini sürətli şəkildə məhv etməyə qadirdir:

"Nar qabığı ekstraktındakı "punikalaqin" adlı aktiv maddənin bu cür viruslara qarşı ölümcül təsir göstərdiyini sübut edən bir çox araşdırma var. Ancaq nar yemək və ya nar qabığından çay dəmləyib içmək sizi virusdan qorumayacaq. Çünki bu maddə mədəyə getdikdən sonra boğazı müafiə edə bilməz. Ona görə də tərkibində nar qabığı ekstraktı, zəncəfil və sarıkök olan, şəkərsiz sorma tabletlərdən istifadə etmək lazımdır. Sorma tablet ağızda olduğu müddətcə və sonrakı 1 saat ərzində qida və ya maye qəbulu qadağandır. Bu sorma tabletlər ağız boşluğunda xüsusi qoruyucu "qalxan" əmələ gətirərək, virusların boğaza yerləşməyinə mane olacaq". (yenisabah)


OXŞAR XƏBƏRLƏR

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...

Madonna övladlığa götürdüyü uşaqları səhnəyə çıxardı - FOTOLAR

65 yaşlı amerikalı müğənni Madonna dörd övladını səhnəyə çıxarıb. Pop Diva şəkillərini İnstaqramda paylaşıb.   Sfera.az bildirir ki, ümumilikdə Madon...