Koronavirusa qarşı peyvəndin əlavə faydası da varmış?!

Koronavirusa qarşı peyvəndin əlavə faydası da varmış?!
ABŞ tədqiqatçıları koronavirusa qarşı peyvənd edilən insanların gələcəkdə daha az stress yaşadıqlarını və onların psixi vəziyyətlərinin yaxşılaşdığını iddia edirlər. Bu barədə "PLOS ONE" jurnalında dərc olunmuş məqalədə deyilir.

Cənubi Kaliforniya Universiteti mütəxəssisləri 2020-ci ilin martından 2021-ci ilin mart ayına qədər pasiyentlərdən hər iki həftədə bir dəfə pandemiya zamanı öz ruhi vəziyyətlərini qiymətləndirmək üçün anketləri doldurmağı xahiş ediblər. Ümumilikdə tədqiqatda səkkiz mindən çox insan iştirak edib.

Nəticədə, dərmanın ən az bir dozasını alan respondentlərdə güclü neqativ duyğuların yaranma ehtimalının 15%-dən az olması məlum olub. Qadınlarda isə bu göstəricilər kişilərə nisbətən bir qədər yüksək olub. 

Qeyd edək ki, bu yaxınlarda tədqiqatçılar kişilərin və qadınların koronavirus pandemiyası nəticəsində müxtəlif şəkildə stresə məruz qaldıqlarını bildiriblər.

OXŞAR XƏBƏRLƏR

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...