Koronavirusa görə iybilmənin itməsi soyuqdəymə və zökəmdən necə fərqlənir?

Koronavirusa görə iybilmənin itməsi soyuqdəymə və zökəmdən necə fərqlənir?
 COVID-19-a yoluxmuş insanlarda iybilmə bacarığının itməsi kəskin soyuqdəymə və zökəm zamanı pasiyentlərdə müşahidə olunandan xeyli fərqlənir.

Sfera.az xəbər verir ki, BBC avropalı araşdırmaçıların bu mövzuda apardığı araşdırma barədə məqalə dərc edib.

Məlum olub ki, zökəm və soyuqdəymədən fərqli olaraq koronavirus xəstələrində burun axması və burun tutulması hallarına rast gəlinmir və onlar burunları ilə nəfəs ala bilirlər. Belə ki, onlarda sadəcə iybilmə itir.

Onları fərqləndirən digər məqam isə həm də dadbilmənin itməsidir. Bu o demək deyil ki, koronavirusa yoluxmuş insanlar iybilmə qabiliyyətini itirdiklərinə görə paralel olaraq şirin və acı dadları ayıra bilmirlər.

Ekspertlər güman edir ki, səbəb virusun sinir sistemindəki iybilmə və dadbilmə hisslərini kontrol edən tellərə eyni vaxtda təsir etməsidir.

Araşdırmaçılar 30 könüllüdən ibarət 3 qrup üzərində müşahidələr apararaq bu qənaətə gəliblər: 10 nəfər koronavirusdan, 10 nəfər zökəmdən müalicə alan, 10 nəfər isə sağlam insan arasında keçirilən təcrübə sonucunda birincilərdə virusun iybilmə və dadbilməyə birgə təsiri qeydə alınıb.

Cons Hopkins Universitenin əməkdaşları isə koronavirusun iybilməyə təsirlərini öyrənmək üçün insan burnunda yer alan ACE-2 enzimləri üzərində araşdırma aparıblar və koronavirusun məhz bu enzimlərdən bədənə daxil olub yayıldığını düşünürlər.

Onlar araşdırmaları davam etdirdiklərini və bu qənaətin təcrübələr nəticəsində yəqinləşəcəyi halda qabaqlayıcı vasitələr üzərində işləməyə başlamağın mümkün olacağını bildiriblər. (report.az)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...