Koronavirusa görə Daxili Qoşunlar Gəncə küçələrinə çıxarıldı - FOTO
12:30 / 05.04.2020
2629
Gəncə şəhərində xüsusi karantin rejiminin tələbləri ilə bağlı vətəndaşların evdən çıxmasına tətbiq olunan məhdudiyyətlər yüksək səviyyədə təşkil edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Daxili Qoşunların hərbçiləri ilə birlikdə Gəncə Şəhər Baş Polis idarəsinin əməkdaşları xüsusi karantin rejimin tələblərinin icrasına tam nəzarət edir.