“Koronavirus zamanı öskürəyin qarşısın almaq qəti qadağandır” - AÇIQLAMA

“Koronavirus zamanı öskürəyin qarşısın almaq qəti qadağandır” - AÇIQLAMA
Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2021-ci il aprelin birinə kimi uzadılıb.

Eyni zamanda, ölkədə 18 yanvar saat 00:00-dan etibarən sərtləşdirilmiş karantin rejimi yumşaldı, həmin gündən etibarən ölkədə COVID-19 pandemiyasına qarşı peyvəndləmə başladı.

Sfera.az xəbər verir ki, açıqlamasında ağciyər xəstəlikləri mütəxəssisi (Pulmonoloq) Həsən Həsənzadə COVID-19-un müalicəsində ən çox rast gəlinən səhvlər barədə danışarkən bildirib ki, bu, virusla mübarizə ilə əlaqəsi olmayan çoxsaylı vitaminlərin istifadəsidir.

"Əgər insan orqanizmində vitamin çatışmazlığı varsa, həkim ona vitamin müalicəsi təyin edə bilər. Əsasən, immunodepressantları qəbul edən və ya immun çatışmazlığından əziyyət çəkən pasiyentlərdən başqa, digər insanların immuniteti adətən normada olur. Bütün digər insanlara sadəcə düzgün qidalanmaq kifayət edir.

Bununla belə, başa düşməyimiz lazımdır ki, immunitetinizi gücləndirmək məqsədi ilə çox yeməyə gərək yoxdur. Əksinə, bu, həm müalicə zamanı, həm də müalicə sonrası bir sıra problemlərə səbəb ola bilər”, - deyə H.Həsənzadə qeyd edib.

Müsahibimiz həmçinin bildirib ki, yağlı qidaların ağciyəri hədəf alan koronavirusa qarşı mübarizədə müsbət nəticə verməsi kökündən səhvdir və bir çox hallarda hətta zərərlidir.

"Yemək dərman deyil. Bədənin sağlamlıq vəziyyətindən asılı olaraq, gün ərzində müəyyən miqdarda qida qəbul etməsi üçün gündəlik tələbat var. Bir çox hallarda normadan artıq yemək mənfi təsir göstərir”, - deyə pulmonoloq vurğulayıb.

Mütəxəssis həmçinin əlavə edib ki, öskürək tənəffüs sisteminin qoruyucu mexanizmidir və onun infeksion proseslər zamanı olması normaldır:

"Öskürək tənəffüs sistemində problem yaratmadığı müddətcə ona müdaxilə etməyə gərək yoxdur. İnfeksion proseslər zamanı öskürəyin dayandırılması xəstəliyin pisləşməsinə səbəb olur və ya onun müddətini uzadır”. (Media.Az)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...