Koronavirus vaksini ilə bağlı ŞAD XƏBƏR - ÜST ELAN ETDİ

Koronavirus vaksini ilə bağlı ŞAD XƏBƏR - ÜST ELAN ETDİ
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) başçısı Tedros Adanom Hebreyesus bildirib ki, yeni koronavirusa qarşı vaksin üçün təqribən 7-8 ən yaxşı namizəd var. 

Azərtac "MedikForum"a istinadla bildirir ki, onlar üzərində iş sürətlənir.

ÜST-nin başçısı deyib ki, 40 ölkənin liderlərinin, təşkilat və bankların tədqiqat, müalicə və test üçün vəd etdikləri 7,4 milyard avronun (8 milyard dolların) dəstəyi ilə çevik səylər göstərilir.

O vurğulayıb ki, 8 milyard dollar yetərli deyil. Vaksinin yaradılmasının sürətləndirilməsi, daha əhəmiyyətlisi isə onun hamıya çatması, heç kimin kənarda qalmaması üçün yetərincə istehsal edilməsi üçün əlavə vəsait lazımdır.

"İndi yaxşı namizədlərimiz var. Ən yaxşıları yeddi, ya da səkkizdir. Namizədlərin ümumi sayı yüzdən çoxdur. Amma biz onların yalnız bir neçəsinə bel bağlayırıq. Çox güman, ən yaxşı nəticələri əldə etməyi və yüksək potensiallı namizədləri hərəkətə gətirməyi də, onlar bacaracaqlar", - deyə o bildirib.

Tedros Hebreyesus deyib ki, 400-dən çox alimdən ibarət konsorsium mövcuddur. Konsorsium vaksinlərin işlənib hazırlanması və diaqnostikası ilə məşğul olur.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri vurğulayıb ki, COVID-19 "yoluxucu və ölümcüldür": hazırda ÜST-yə 4 milyon yoluxma və 275 000 ölüm halı barədə məlumat verilib.

Onun sözlərinə görə, Qərbi Avropada yeni halların azalmağa başladığı bir vaxtda, Şərqi Avropa, Afrika, Cənubi-Şərqi Asiya, Şərqi Aralıq dənizi və digər regionlarda onların sayı artır.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Ərdoğan Xankəndiyə yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşündə i...

Azərbaycanın tanınmış musiqiçisi vəfat etdi - FOTO

Tanınmış nağara ifaçısı Qaraş Cəlilov vəfat edib.   Sfera.az qafqazinfo.az-a istinadən xəbər verir ki, sənətçi 75 yaşında yaşadığı Şirvan şəhərində d...

“Məsələyə Putinin özü qarışmalıdır” - Qüdrət Həsənquliyevdən SENSASİON MÜSAHİBƏ

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliy...

Bu türk ölkəsinin baş naziri Füzulidə səfərdədir

Qazaxıstanın Baş naziri Oljas Bektenov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Füzuli rayonuna gəlib. &nb...

43 azərbaycanlı tələbə Çində təhsil alacaq

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında sazişə əsasən, 2025-2026...

Elçin Təhməzov Bosniya və Herseqovinada tutularaq Azərbaycana təhvil verildi

Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ...