Koronavirus necə yayılır? - ALİMLƏRDƏN DƏHŞƏTLİ AÇIQLAMA
12:55 / 10.04.2020
2758
Dünyanı təsiri altına alan koronavirus pandemiyası haqqında finlandiyalı alimlər araşdırma edib.
Sfera.az xəbər verir ki, Aalto Universitetinin alimləri asqırma və öskürəkdən sonra havaya səpələnmiş mikro damcıların qapalı vəziyyətdə havada neçə dəqiqə qalmasını vizual simulyasiyası ilə təhlükənin dərəcəsini nümayiş etdirib.
Həmin görüntülərdə virusun necə ötrüldüyü göstərilib.
Koronavirus xəstəsinin supermarketdə asqırdıqdan sonra mikro damcıların 3 kv metr məsafəyə yayıldığı, bir neçə dəqiqə havada dayandığş müşahidə edilib.
Professor Ville Vuorinen qapalı məkanlarda mümkan qədər çox qısa müddət qalmağı , günlərini evdə keçirməyi tövsiyyə edib.